Çernobıl AES və Fukusima AES-də baş verən faciənin çətin və acıverici təcrübə olmasına baxmayaraq hal-hazırda uzun illərdi Ermənistan Respublikası ərazisində yerləşən və bütün dünya üçün təhlükə hesab edilən Metsamor AES həll olunmamış nüvə ocağı olaraq qalır. Bu kitab az tədqiq edilmiş və ərtaflı tədqiq tələb edən bu problemə həsr edilib. Özünə şəxsi ambisiyalarından başqa heçnə vacib olmayan Ermənistanın nüvə proqramının təhlili əsasında nəşr edilən kitabda sübut olunur ki, Metsamor AES bu proqramın ayrılmaz tərkib hissəsi, həmçinin, nüvə və radioloji silah istehsalının daimi xammal mənbəyi olaraq qalır. Kitab özündə Metsamor AES-lə bağlı təhlükələrin olmasına baxmayaraq Ermənistanın qəsdən bu atom elektrik stansiyasını deaktiv etməməsi və ondan siyasi manipulyasiyalar üçün istifadə etməsi faktlarını özündə əks etdirir.