Abbas İslamovun tədqiqatı Moisey Xorenskinin “Hayların tarixi” adlı əsərinin təhlilinə həsr olunub. Müəllif təkzibedilməz faktlar vasitəsilə istər M.Xorenskinin, istərsə də onun ədəbi və tarixi mənbələrin plagiat və təhrif edilməsi ilə qələmə aldığı «tarixin» «erməni ənənəsi»nin bünövrəsində məhək daşına çevrilən misli görünməmiş bir saxtakarlıq olduğunu sübuta yetirir. Saxtalaşdırmanın ümumi mənzərəsini yalnız Xorenskinin - özünü V əsrə aid edən naməlum kompilyatorun əsərində mövcüd olan və "erməni ənənəsi"nin hüdudlarından kənar başqa heç bir mənbədə təsdiqini tapmayan uydurulmuş adların və hadisələrin bolluğu tamamlayır.