Mirağa Cəfərquliyev: Cinayət mühakimə icraatında dövlət dilinin tətbiqi: ümummilli lider H.Əliyevin dil siyasəti kontekstində

Müəllifin “Cinayət mühakimə icraatında dövlət dilinin tətbiqi:Ümummilli lider H.Əliyevin dil siyasəti kontekstində” adlı monoqrafiyasında uzun illər toplanmış istintaq və məhkəmə praktikası materialları əsasında cinayət mühakimə icraatında milli dil problemləri, ümumiyyətlə, bütövlükdə milli dillə bağlı məsələlər geniş öyrənilmiş, cinayət prosesində tərcüməçilər institutunun əhəmiyyəti barədə söhbət aparılır, sadalanan problemlər üzrə bir sıra xarici ölkələrin təcrübəsi təhlil edilir, cinayət-prosessual qanunvericiliyinin gələcək inkişafı və təkmilləşdirilməsinə dair konkret təkliflər irəli sürülür.

Sülh, dostluq və qarşılıqlı yardım sənədi haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquqlar şöbəsinin böyük elmi işçisi Vəfa Yaqubəli qızı Məmmədovanın Qanun jurnalının №01 (327) 2022-ci il tarixli buraxılışında “Sülh, dostluq və qarşılıqlı yardım  sənədi haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti adlı məqaləsi dərc olunub.

Fuad Hüseynov : Qayıdışdan doğan böyük dirçәliş

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Baş direktoru, h.ü.e.d., professor Aytən Mustafazadənin elmi redaktorluğu ilə institutun İcraçı direktoru, i.e.ü.f.d. Fuad Hüseynovun  “Qayıdışdan doğan böyük dirçәliş” adlı kitabı işıq üzü görüb.

Sevinc Usub qızı Hüseynova : Ehtiyatsızlıqdan adam öldürmə əməllərinin cinayət-hüquqi və kriminoloji aspektləri

AMEA Hüquq və İnsan Haqları İnstitutunun 2021-ci ildə çapdan çıxmış daha bir yeni nəşri İnstitutun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi h.ü.f.d., Sevinc Usub qızı Hüseynovanın “Ehtiyatsızlıqdan adam öldürmə əməllərinin cinayət-hüquqi və kriminoloji aspektləri” adlı monoqrafiyasıdır.

“Erməni nasizmi – terror ideologiyası” rus və ingilis dillərində nəşr olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadənin və elmi işçisi, politologiya üzrə fəlsəfə doktoru Abbas İslamovun həmmüəllifi olduğu “Erməni nasizmi – terror ideologiyası” kitabı nəşr olunub. Rus və ingilis dillərində ərsəyə gələn kitab bəşər tarixində mövcud olmuş, lakin son zamanlara qədər dünya ictimaiyyəti üçün praktiki olaraq tanış olmayan unikal hadisənin – erməni irqçiliyinin dərin köklərinin ifşasına həsr edilib.

44 günlük diplomatiya dərsləri

Dövlət başçısı cənab İlham Əliyevin dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr əsasında hazırlanan “44 günlük diplomatiya dərsləri” adlı kitab AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr olunmuşdur.

“Dövlətin ərazi bütövlüyünü bərpa etmək hüququ” adlı yeni kitabımız dərc edilib

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Ukrayna Ali Radasının Qanunvericilik İnstitutu və “Hüquq və siyasət” beynəlxalq elmi jurnalı ilə birgə hazırladığı “Dövlətin ərazi bütövlüyünü bərpa etmək hüququ” adlı yeni kitabı işıq üzü görüb. Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən “Fakt” nəşriyyatında hazırlanan, Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən “Elm və təhsil” nəşriyyatının mətbəəsində dərc edilən kitabın baş məsləhətçisi AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə, elmi redaktoru hüquq elmləri doktoru, professor Namiq Əliyev, nəşrə məsul şəxs isə institutun elmi işlər üzrə direktor müavini Lalə Əhmədovadır. Azərbaycan, Ukrayna, Gürcüstan, Litva və Moldova alimlərinin məqalələrindən ibarət olan toplunun əsas çap edilmə məqsədi dövlətin ərazi bütövlüyünü bərpa etmək hüququ ilə bağlı gerçəkləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Onu da qeyd etmək istərdik ki, sözügedən toplu AMEA Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının 12 mart 2020-ci il tarixli Qərarı ilə çap edilib.

“Süni intellekt və robot texnikasi insan hüquqlari kontekstində”

“Süni intellekt və robot texnikasi insan hüquqlari kontekstində” adlı topluda süni intellektin mövcud hüquq sistemləri çərçivəsində tətbiqi, әmәk resurslarına və sosial sahəyə tәsiri, eləcə də sözügedən müasir texnologiyaların cәmiyyәtin vә dövlәtin tәhlükәsizliyi üçün yaratdığı tәhdidlәr haqqında məqalələr yer almışdır.

Kateqoriya

Nəşrlər

Müsahibələr