44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətləri

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçi Esmira Orucovanın “Elmi İş” beynəlxalq elmi jurnalınn Humanitar və İctimai Elmlər üzrə III Beynəlxalq Elmi Konfransının Materialları toplusunda “44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətləri” adlı məqaləsi dərc olunub.

Fransanın təşkilatçılığı ilə keçirilən beynəlxalq vebinar Azərbaycan və Ermənistan alimləri arasında gərgin debatlarla yadda qalıb

15 aprel 2021-ci il tarixində Fransa Mədəniyyət Nazirliyinin nəzdində Milli İrs İnstitutu (Mİİ), “Europa Nostra” və Luvr Muzey Məktəbinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazın mədəni irsinin qorunması” mövzusunda beynəlxalq vebinar keçirilib. Yüzdən çox fransalı, azərbaycanlı, rus, gürcü və erməni alimin iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetitin rektoru, professor Gülçöhrə Məmmədova və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, tədqiqatçı-alim Rizvan Hüseynov təmsil ediblər.

“44 günlük diplomatiya dərsləri” geniş marağa səbəb olur

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu tərəfindən üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr olunmuş "44 günlük diplomatiya dərsləri" adlı kitab ölkəmizin kütləvi informasiya vasitələrində geniş işıqlandırılır, böyük marağa səbəb olur.

İnstitumuzun əməkdaşı korrupsiyaya qarşı mübarizə mövzusunda keçirilən beynəlxalq elmi tədbirdə iştirak edib

Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dəvəti ilə İnstitutumuzun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin əməkdaşı, hüquq üzrə elmlər doktoru Nazim Əliyev “Korrupsiyaya qarşı səmərəli mübarizə iqtisadi fəaliyyətdə şəffaflığın təmin edilməsinin həlledici amili kimi” mövzusu üzrə videokonfrans formatında təşkil edilmiş beynəlxalq dəyirmi masa- müzakirədə iştirak edib.

Əməkdaşımızın yüksək impakt faktorlu jurnalda tezisi çap olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın yüksək impakt faktorlu “Elmi iş” beynəlxalq elmi jurnalının “Elmi araşdırmalar və yeniliklər” tezislər toplusunun 1-ci cildinin 1-ci sayında “Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq döyüş əməliyyatlarına muzdluları və terrorçuları cəlb etmişdir” adlı tezisi (səhifə 5-7) çap olunmuşdur. Tezisdə 44 gün davam etmiş II Qarabağ Müharibəsi zamanı terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın hərbi-siyasi rəhbərliyinin bəşəri dəyərlərə və beynəlxalq humanitar hüququn ümumi prinsiplərinə hörmətsizlik nümayiş etdirərək, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, beynәlxalq konvensiyalara zidd olaraq hәrbi әmәliyyatlarda özünün dövlət siyasəti aləti olan terrorçulardan vә muzdlulardan istifadә etməyindən bəhs olunur.

Qazaxıstan və Azərbaycan: Qarabağ müharibəsindən sonra iki ölkə arasında münasibətlər necə inkişaf edəcək?

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycan özünü yeni reallıqlarda tapıb. Türkiyə və İrana açılan nəqliyyat dəhlizləri Bakının təkcə Orta Şərq və Qafqaz ölkələri, o cümlədən Ermənistanla deyil, həm də Orta Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün planlar qurmasına imkan verib. Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, tədqiqatçı-alim Rizvan Hüseynov “Central Asia: Cronos” analitik-informasiya agentliyinə verdiyi müsahibədə səsləndirilib. Qeyd olunub ki, Qazaxıstanı və Azərbaycanı qarşılıqlı faydalı əməkdaşlıq üçün ortaq tarix və strategiya birləşdirir. Böyük İpək Yolunda olmağımızı ölkələrimiz üçün tranzit komponentinin ən vacib cəhətlərindən biri kimi dəyərləndirir.

Misli görünməmiş erməni vandalizmi: ermənilər sonuncu Qarabağ xanının qızının məzarını açıblar

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, tədqiqatçı-alim Rizvan Hüseynovun “Misli görünməmiş erməni vandalizmi: Ermənilər Ağdamdan sonuncu Qarabağ xanının qızının qalıqlarını oğurlayıblar” adlı məqaləsi işıq üzü görüb. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinə müntəzəm səfəri çərçivəsində bu dəfə Ağdamı ziyarət edən alim məqalədə "vandalizmin, daha doğrusu, ritual iblisizmin nə olduğunu bilmək istəyirsinizmi? Baxın, erməni işğalçıları Ağdamdakı Qarabağ xanları və onun nəslinin nümayəndələrinin dəfn olunduğu İmarət kompleksini nəyə çeviriblər. Erməni vandalları XVIII əsrin bu misilsiz memarlıq kompleksini nəinki məhv və talan ediblər, burada donuz saxlayıblar, eyni zamanda şairə Xurşid-banu Natəvanın məzarını açıb qalıqlarını aparıblar” – deyə R.Hüseynov qeyd edib.

AMEA-nın elmi və ictimai həyatında fəal iştirak edən qadınlar təltif olunublar

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Yığıncağı AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Xanımların tarixən ölkəmizdə yüksək dəyər, hörmət gördüyünü deyən professor Şərqdə qadınlara seçki hüququnun ilk dəfə məhz Azərbaycanda verildiyini söyləyib. Qeyd edib ki, bu gün Azərbaycan qadını tarixi ənənələrə sadiq qalaraq cəmiyyətimizin inkişafında aktiv rol oynayır, iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə fəal iştirak edir.

AMEA-nın qadın əməkdaşları Fəxri fərmanla təltif olunublar

AMEA-nın Rəyasət Heyəti və Akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn tədbir keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Akademiyada fəaliyyət göstərən qadınlara AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təbriklərini çatdırıb. Keçmişdən bu günədək tarix və ədəbiyyatda qadın mövzusuna toxunan akademik xanımların Azərbaycanın ictimai-siyasi, mədəni-iqtisadi həyatındakı rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi, bu qələbədə Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti ətrafında yekdilliklə birləşən xalq məhz belə anaların yetirməsidir. Azərbaycan qadınını Şərq-Qərb paralellərində nəzərdən keçirən akademik İsa Həbibbəyli modern cəmiyyət quruculuğunda xanımların üzərinə düşən vəzifələrdən, Azərbaycanın dünyada artan nüfuzu fonunda bu fəaliyyətin özünəməxsusluqlarından danışıb. Azərbaycan qadınının dövlət idarəetməsində roluna xüsusi toxunan akademik ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini xanımlar üçün rol-model olaraq qiymətləndirib.

Əməkdaşımızın məqaləsi Fransanın nüfuzlu jurnalında işıq üzü görüb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Həcər Verdiyevanın “İlk xristian kilsəsi qədim Azərbaycanda inşa edilmişdir” (La première église chrétienne a été construite en Azerbaïdjan ancien) adlı məqaləsi Fransanın nüfuzlu “Musulmans en France” (Fransanın müsəlmanları) jurnalında nəşr olunub. Müəllif məqalədə qədim Azərbaycan ərazisində ilk xristian kilsəsi və məbədlərinin yaranması tarixi, Qafqaz Albaniyasında xristianlığın yayılması və onun təsir arealı, eləcə də o dövrün dini müxtəlifliyi haqqında müfəssəl məlumat verir. Həmçinin qeyd edilir ki, XII əsr Azərbaycan ərazisində xristian memarlığının intibah dövrü kimi dəyərləndirilə bilər. Məqalədə Dağlıq Qarabağ və Zəngəzur ərazisində xristianlığın yayılması məsələləri də tədqiqata cəlb edilib.

Nəşrlər

Müsahibələr