Erməni Qriqorian kilsəsi “Erməni məsələsi”nin yaradıcısıdır

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Həcər Verdiyeva VIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak edir. iyunun 2-də öz işinə başlayan beynəlxalq tədbir pandemiya qaydalarına uyğun olaraq onlayn formatda keçirilir.

Azərbaycanda uşaqların sosial və hüquqi müdafiəsi müzakirə olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri Cahangir Cahangirli Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialını mayın 31-də keçirdiyi “Azərbaycan Respublikasında uşaqların sosial və hüquqi müdafiəsi: Parlament ölçüsü” mövzusunda videokonfransda çıxış edib.

İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqları beynəlxalq humanitar hüquq rakursunda araşdırılıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçi Esmira Orucovanın “Hüquqi Müstəvi” elmi-nəzəri, təcrübi jurnalın 2021-ci ilin 2(6)-ci sayında (s. 135-143) “İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqlarının beynəlxalq humanitar hüquq rakursunda araşdırılması” adlı məqaləsi dərc olunub.

İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqlarının beynəlxalq humanitar hüquq rakursunda araşdırılıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın “Hüquqi Müstəvi” elmi-nəzəri, təcrübi jurnalın 2021-ci ilin 2(6)-ci sayında (s.135-143) “İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqlarının beynəlxalq humanitar hüquq rakursunda araşdırılması” adlı məqaləsi dərc olunub.

İşğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan “ağıllı kənd” layihəsi bərpa işlərinə töhfə verəcək

Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir. Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, tədqiqatçı-alim Rizvan Hüseynovun AZƏRTAC-da yer alan müsahibəsində öz əksini tapıb.

Lider dövlətin imicinə zərbə vuran qərəzli addım

"“Erməni soyqırımı” məsələsinin nə qədər yalan, qondarma olduğunu Amerikanın tarixçiləri də çox gözəl bilirlər və bu haqda dövlətə dəfələrlə məlumat da vermişlər. Bunu C.Baydenin sələfləri də yaxşı blirdilər. Ona görə “soyqırım” ifadəsini dilə gətirmirdilər". Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun Azərbaycan İnformasiya Agentliyi portalında dərc edilmiş məqaləsində yer alıb.

Əməkdaşımız beynəlxalq dəyirmi masada iştirak edib

Aprelin 16-da Ukrayna Dövlət Fiskal Xidmət Universiteti tərəfindən “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə effektiv mütəxəssis hazırlığı sisteminin qurulması” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki dəyirmi masa təşkil olunmuşdur.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətinin əsası tədqiq edilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Cinayət hüququ və Cinayət prosesi" şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Hüseynovanın beynəlxalq indeksli "Hüquqi elmlər və təhsil" jurnalının yeni sayında "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətinin əsası" adlı məqaləsi çap olunub.

Alimimiz “Təhsil hamı üçün” mövzusunda keçirilmiş vebinarda institutumuzu təmsil edib

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il üçün Tədbirlər Planına uyğun olaraq aprel ayında YUNESKO-nun "Təhsil hamı üçün" mövzusunda vebinar keçirilib.

Nəşrlər

Müsahibələr