YAP Yasamal rayon təşkilatında tədbir keçirilib

16 noyabr tarixində Yeni Azərbaycan Partiyasının İnstitut üzrə ilk partiya təşkilatının sədri İlqar Xəlilov YAP Yasamal rayon təşkilatında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib.
Toplantı iştirakçılarının diqqətinə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin birbaşa iştirakı ilə təsis edilən YAP ölkəmizin inkişafında mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasıın Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib.
Tədbirdə YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən əsas proqram məramının Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğundan ibarət olduğu qeyd olunub. Vurğulanıb ki, partiya 30 il ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox əhəmiyyətli nailiyyətlər əldə edib.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr verilib, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ