Lider dövlətin imicinə zərbə vuran qərəzli addım

"“Erməni soyqırımı” məsələsinin nə qədər yalan, qondarma olduğunu Amerikanın tarixçiləri də çox gözəl bilirlər və bu haqda dövlətə dəfələrlə məlumat da vermişlər. Bunu C.Baydenin sələfləri də yaxşı blirdilər. Ona görə “soyqırım” ifadəsini dilə gətirmirdilər".
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun Azərbaycan İnformasiya Agentliyi portalında dərc edilmiş məqaləsində yer alıb.
Müəllif qeyd edib ki, "1992-ci ilin fevral ayının 26-da mənfur düşmən Xocalıda tarixin ən qanlı, ən qəddar soyqırımını həyata keçirdi. Yenə də gözlərimiz Amerikaya dikildi. Özünü demokratiyanın, insan haqlarının carçısı elan edən bu qüdrətli dövlətin bizi ciddi şəkildə dəstəkləyəcəyini düşündük. Əvəzində həmin ilin 24 oktyabrında ABŞ Konqresi postsovet ölkələrinin inkişafına yardım etmək üçün qəbul etdilmiş “Azadlığa dəstək aktı” nın 907 – ci maddəsinə etdiyi əlavə bizə ciddi mənəvi və maddi zərbə vurdu. Bu düzəlişlə, torpaqlarımız işğal olunduğu halda tələb olunurdu ki, işğalçıya heç bir müqavimət göstərməyək. Əks halda Azərbaycana dövlət səviyyəsində hər bir kömək qadağan edilirdi. Bu qadağa hesabına biz ölkənin inkişafına Amerikadan dövlət səviyyəsində kömək almayan yeganə postsovet dövləti olduq".
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiz.

Rəqəmlərdə

  • 297

    Events
  • 10

    Departments
  • 169

    Publications

TƏDBİRLƏRİMİZ