İnstitut əməkdaşlarına elmmetrik göstəricilərə dair təlim keçirilmişdir

11 yanvar 2023-cü il tarixində İnstitutun İdarə Heyəti sədrinin müavini Üzeyir Məmmədov hüquqşünas əməkdaşlar üçün “Alim və təşkilatların fəaliyyətinin qiymətləndirilməsində elmmetrik göstəricilər” mövzusunda təlim keçmişdir.
Təlim zamanı ümumi müddəalar, istinad indeksi, bibliometrik bazalar və elmmetrik servislər, informetriyada istifadə olunan əsas göstəricilər və qeydiyyat üçün faydalı istinadlar barədə ətraflı məlumat verilmişdir. İnstitut əməkdaşlarından 8 nəfərinin elmmetrik sistemlərdə (Google Scholar, eLİBRARY, ORCİD İD və s.) qeydiyyatda olması və 5 nəfərin H-indeksinin olması müəyyən edilmişdir.
Təlimdə əldə edilən məlumatlar gələcəkdə İnstitut əməkdaşlarına elmi məqalələr yazdıqları zaman faydalı olacaq və dünya alimləri bazalarında onların mövqelərini daha da gücləndirəcək.

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ