Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs tərəfindən keçirilən 10 dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqə başa çatmışdır. Müsabiqədə Universitetlərin hüquq və jurnalistika ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələr iştirak etmişlər.
BDU-nun Hüquq fakültəsinin ən yüksək nəticə göstərən 3 tələbəsi - Eynəddin Həbibov, Arzu Şükürova və Şahid Məhərrəmli hüquq nominasiyası üzrə, həmçinin, BDU-nun Jurnalistika fakültəsinin ən yüksək nəticə göstərən 4 tələbəsi - Nuranə Quliyeva, İsa Taralov, Şəms Hüseynli və Elşən Soltanzadə jurnalistika nominasiyası üzrə qalib elan edilmişlər.
Qaliblər 8 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən 10 dekabr-Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş tədbirə dəvət olunmuşlar. Jurnalist tələbələri müsabiqədə qalıb edən video çarx tədbir iştirakçılarına təqdim edilmişdir.
Sonda İnstitut rəhbərliyi tərəfindən qaliblər sertifikat və mükafatla təltif edilmişdir.