İnsan alveri cinayətlərinin tövsifi məsuliyyəti ağırlaşdıran hallar kontekstində araşdırılıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Hüseynovanın “İnsan alveri cinayətlərinin tövsifi: məsuliyyəti ağırlaşdıran hallar kontekstində” adlı məqaləsi “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfransın (5 may 2021-ci il) materiallarında dərc olunub (səh. 251-257).
S.Hüseynova qeyd edib ki, düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.
Müəllif, həmçinin insan alveri cinayət tərkibinin tövsifedici əlamətləri, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin 144-1.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin daha təhlükəli olduğunu göstərən və cəzayatəsir edən ağırlaşdırıcı hallar təhlil edib və müəyyən ümumiləşmələr aparıb.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiz.

Rəqəmlərdə

  • 309

    Events
  • 10

    Departments
  • 169

    Publications

TƏDBİRLƏRİMİZ