İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqlarının beynəlxalq humanitar hüquq rakursunda araşdırılıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın “Hüquqi Müstəvi” elmi-nəzəri, təcrübi jurnalın 2021-ci ilin 2(6)-ci sayında (s.135-143) “İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqlarının beynəlxalq humanitar hüquq rakursunda araşdırılması” adlı məqaləsi dərc olunub.
Məqalədə 44 davam etmiş İkinci Qarabağ müharibəsi ərzində işğalçı və separatçı Ermənistranın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qəbul olunmuş beynəlxalq hüquq normalarına zidd olaraq mülki əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı törədilmiş hərbi cinayətləri qismən də olsa tədqiq edilmişdir. Məqalədə, həmçinin 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinə kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın bir neçə bölgəsində qadağan olunmuş silahlardan istifadə etməklə mülki əhaliyə qarşı törətdikləri hərbi cinayətlərdən, erməni tərəfinin 3 dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozmasından bəhs olunur.

Rəqəmlərdə

  • 309

    Events
  • 10

    Departments
  • 169

    Publications

TƏDBİRLƏRİMİZ