Hüquqşünasımızın “Mənzil hüququnun realizə edilməsi” adlı məqaləsi dərc edilib

İnstitutumuzun əməkdaşı Emin Dadaşovun “Mənzil hüququnun realizə edilməsi” adlı məqaləsi AMEA-nın Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda keçirtdiyi Beynəlxalq elmi konfransın materiallar toplusunda dərc edilmişdir.
Məqalədə göstərilir ki, müasir dövrdə sosial-iqtisadi əhəmiyyət kəsb edən problemlərdən biri də mənzil problemidir. 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının "Mənzil hüququ" başlıqlı 43-cü maddəsinə görə, hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Müəllif məqaləsində qeyd edir ki, yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.
Məqalədə insanların sağlam və təhlükəsiz yaşayış şəraitində məskunlaşması, həmçinin yaşayış sahələrinin tikintisi zamanı bunun nəzərə alınmasının vacib olduğu da bildirilir.

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ