Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının iclası aidiyyatı üzrə öz fəaliyyətini davam etdirərək fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Beynəlxalq Münasibətlər və Siyasi İnstitutlar və Sistemlər ixtisası üzrə institutun doktorant və disertantları tərəfindən yazılmış elmi işlərin mövzularınıaçıq müdafiəyə təqdim olunmaq üçün ilkin müzakirəyə çıxarıb.
Müzakirə Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, İnstitutun Elmi Şurasının sədri, hüquq üzrə elmlər doktoru Aytən xanım Mustafazadənin və Elmi Şura üzvlərinin iştirakı ilə baş tutub.
Namizədlər Elmi Şuraya “İctimai səhiyyə sistemində Bioetik prinsiplər: Azərbaycanın siyasi kursu  və beynəlxalq təcrübə”, “Azərbaycan-Gürcüstan münasibətləri: Yaranması, inkişafı və perspektivləri”, “Azərbaycan Respublikasının  Avropa ölkələri ilə münasibətlərində dövlətlərin ərazi bütövlüyü prinsipi” mövzuları əsasında dissertasiya işlərini təqdim ediblər.
İnstitutun Elmi Şurasınin iclasında yazılmış mövzuların aktuallığı, işlənmə dərəcəsi, yeniliyi araşdırılıb, aparılmış elmi-analitik ümumiləşdirmələr, problemlərin həlli ilə bağlı mülahizələr, nəzəri və praktiki xarakterli təklif və tövsiyyələr irəli sürülüb.

 

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ