Erməni Qriqorian kilsəsi “Erməni məsələsi”nin yaradıcısıdır

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Həcər Verdiyeva VIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak edir.
İyunun 2-də öz işinə başlayan beynəlxalq tədbir pandemiya qaydalarına uyğun olaraq onlayn formatda keçirilir.
Simpoziumun üçüncü günündə dinlənilən məruzələr arasında Həcər Verdiyevanın "Erməni Qriqorian kilsəsi “Erməni məsələsi”nin yaradıcısıdır" mövzusunda elmi məruzəsi maraqla qarşılanıb.
Alim diqqətə çatdırıb ki, “erməni məsələsi”ni araşdırarkən, həm sovet tarixşünaslığı, həm Qərb tarixşünaslığı aysberqin üst hissəsini götürmüş, “məzlum” erməni və “vəhşi” türk obrazlarını yaratmış, “erməni məsələsi”nin ana xəttini təşkil etmiş “Böyük Ermənistan” ideyasının ilk cinayətlərindən olan, XIX əsrin sonlarında Şərqi Anadoluda baş verən, erməni iğtişaşlarının günahını Osmanlı imperiyasında görüblər.
Onun sözlərinə görə, problemin coğrafi məkanı genişlənib Cənubi Qafqaza keçdikcə bölgədə milli qarşıdurmanın kəskinləşməsini Qərb tarixşünaslığı Romanovlar Rusiyasında axtarsa da, öz növbəsində sovet tarixşünaslığı baş verən olayların günahını Qərb dövlətlərində görüb, lakin “erməni məsələsi”nin yaradıcısı kimdir?” sualına cavab verilməyib.
H.Verdiyeva vurğulayıb ki, IV əsrin sonlarından etibarən İkiçayarasından Şərqi Anadoluya, Qars yaylasına, oradan da Aralıq dənizi hövzəsinə – Kilikiyaya qədər yayılmış pərakəndə ermənilər üçün yeni vətən axtarışında olan erməni Qriqorian kilsəsi xristianlığın monofizit təlimini qoruyub, orta əsrlərdə kilsənin soyuq divarları arasında “erməni məsələsi” əfsanəsini uydurub.
Qeyd edək ki, virtual formatda keçirilən VIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu iyun ayının 5-dək davam edəcək.

Rəqəmlərdə

  • 309

    Events
  • 10

    Departments
  • 169

    Publications

TƏDBİRLƏRİMİZ