Beynəlxalq təşkilatlarla aparılan məqsədyönlü işin nəticəsi Vətən müharibəsində özünü göstərdi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər xalqımızın tarixinə düşdü.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Aidə Bəndəliyeva deyib.
O bildirib ki, 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarının 44 gün ərzində hərbi yolla azad edilməsi Azərbaycan xalqının, onun şanlı ordusunun qəhrəmanlığının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiyanın təntənəsidir. Xarici dövlətlər və beynəlxalq təşkilatlarla aparılan fəal, məqsədyönlü işin praktik nəticələri Vətən müharibəsində özünü göstərdi. Bu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılmasının bariz göstəricisi oldu: “Aparılan uğurlu siyasətin əsası 1993-cü ildə Azərbaycanın beynəlxalq müstəvidə itirilmiş nüfuzunun bərpa edilməsi, bir çox inkişaf etmiş xarici dövlətlərlə yeni əlaqələrin yaradılması ilə qoyuldu. Sonradan siyasi-iqtisadi, diplomatik və digər sahələrdə sürətlə inkişaf etdirilərək gərgin işlər aparıldı”.
Müsahibənin tam mətnini linkə daxil olmaqla oxuya bilərsiz.

Rəqəmlərdə

  • 316

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ