Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PAA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialının direktoru Teymur Muradov ilə görüş keçirilib

İyunun 16-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə və elmi işlər üzrə direktor müavini filologiya üzrə elmlər doktoru Lalə Əhmədova Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PAA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialının direktoru Teymur Muradov ilə görüş keçiriblər.
Görüşdə demokratiya, parlamentarizm, insan hüquq və azadlıqları sahəsində qarşılıqlı əməkdaşlıq, bu sahələrdə birgə elmi tədqiqatların aparılması, müvafiq məlumatların toplanması, ümumiləşdirilməsi, qarşıya qoyulmuş məqsədlərin icrasında birgə fəaliyyətin təşkili məsələləri müzakirə olunub.
Həmçinin əməkdaşlıq münasibətlərinin effektivliyinin təmin edilməsi məqsədilə qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb.
Adıçəkilən Memorandum özündə MDB PAA DİMBİ Bakı filialı ilə Hüquq və İnsan Haqları İnstitutu arasında çoxaspektli araşdırmaların aparılması, birgə fəaliyyətin təşkili, eləcə də kadr mübadiləsi məsələlərini ehtiva edir.

Rəqəmlərdə

  • 323

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ