Aydın Əliyevin “Hüquqi elmlər və təhsil” jurnalında məqaləsi dərc olunub

İnstitutumuzun əməkdaşı Aydın Əliyevin “Təqsirləndirilən şəxsə müdafiə hüququnu təmin edən birbaşa təsir qüvvəli konstitusiya normaları və onların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində konkretləşdirilməsi” adlı məqaləsi “Hüquqi elmlər və təhsil” jurnalında dərc olunub.
Məqalə təqsirləndirilən şəxsin müdafiə hüququnu təmin edən birbaşa təsir qüvvəli konstitusiya normalarının öyrənilməsinə həsr edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində müəllif belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və 66-cı maddələrində, 71-ci maddəsinin III hissəsində, habelə 147-ci maddəsində nəzərdə tutulmuş normalar, mahiyyətcə təqsirləndirilən şəxsin müdafiə hüququnu təmin edən birbaşa təsir qüvvəli konstitusiya normalarıdır. Bu normalar Azərbaycan Respublikasının sahəvi qanunvericilik aktı olan Cinayət-Prosessual Məcəlləsinə birbaşa istinad etmədən tətbiq oluna bilər.
A.Əliyev məqaləsində AR Konstitusiyasının 66-cı maddəsinin müddəalarının AR Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsində konkretləşdirilməsi zamanı bəzi ziddiyyətlərə yol verildiyini qeyd edir və onların aradan qaldırılması yollarını təklif edir.

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ