Alimimizin “Qadın cinayətkarlığının profilaktikası” adlı məqaləsi dərc olunub

Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Səidə Həsənzadənın “Hüquqi Müstəvi” elmi-nəzəri, təcrübü jurnalının 2022-ci il, №3(11) buraxılışında “Qadın cinayətkarlığının profilaktikası” adlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, ölkəmizdə qadınların hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi sahəsində məqsədyönlü və sistemli şəkildə həyata keçirilən tədbirlər müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, qadın hüquqlarını xarakterizə edən xüsusiyyətlərin öyrənilməsi aktualdır və qadınla kişi arasındakı fərqlərin genetik, bioloji, fizioloji və hüquqi kontekstdə öyrənilməsi, qadınlara məxsus hüquqlar kompleksinin dəqiq müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
Müəllif məqaləsində ən son elmi metod və metodologiyaların tətbiqi ilə qadınlara insan kateqoriyası kimi yeni konsepsiyanın verildiyini və onların sosial rolunu göstərmişdir. Həmçinin müəllif qadın cinsinin fərdiliyini, qadınların hüquq və azadlıqlarına dair beynəlxalq standartların müəyyən edilməsini, dövlətin daxili hüquq sistemində təsbit edilməsinin son dərəcə vacibliyini qeyd etmişdir. Məqalədə qadınları kompleks şəkildə səciyyələndirən xüsusiyyətlər araşdırılmış və bu məsələyə baxılması üçün yeni üsullar tətbiq edilmiş, qadın cinayətlərinin statistikası verilmişdir.

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ