Alimimizin erməni mifləri haqqında məqaləsi çıxıb

İnstitutumuzun əməkdaşı Abbas İslamovun “Армянские мифы Америки” (“Amerikanın erməni mifləri”) adlı məqaləsi Qafqaz Tarixi Mərkəzinin saytında yerləşdirilmişdir.
Məqalədə göstərilir ki, erməni mentallığının səciyyəvi xüsusiyyətlərindən biri onların yaydıqları uydurmaların ifşa olunmasını qətiyyən qəbul etməmələridir. Belə ki, hər hansı təkzib materialının müəllifini ermənilər dərhal bütün erməni xalqının düşməni kimi qələmə verirlər.
Müəllif qeyd edir ki, erməni diasporunun dünyanın müxtəlif ölkələrində, o cümlədən Amerikada yaydığı mif və əfsanələrin bəziləri ifşa edilir. A.İslamov ABŞ-da guya milyonlarla erməni seçicinin yaşaması haqqında uydurmanın əslində həqiqətə uyğun olmadığını açıqlayır və əhalinin siyahıyalınması üzrə statistik məlumatlara əsasən, bu ölkədə yarım milyondan da az erməninin yaşadığını və onların da təxminən 200 000 nəfərinin seçkilərdə iştirak etmək imkanında olduğunu vurğulayır. Məqalədə Amerikada yaşayan ermənilərin digər uydurmaları da tutarlı faktlar əsasında təkzib edilir və “mif yaradanların” əfsanələrinə inanmamağın məqsədəuyğunluğu sübut olunur.
Məqalə ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ