Əqli mülkiyyət mövzusunda təlim keçirilmişdir

Noyabrın 17-də Hüquq və İnsan Haqları İnstitutunda professor Kamran Behbudov tərəfindən “Əqli mülkiyyət qanunvericiliyi. Azərbaycanda problemlər və inkişaf perspektivləri” mövzusunda təlim keçirilmişdir. İnstitutun əməkdaşları üçün təşkil olunan təlimdə ilk öncə “əqli mülkiyyət” anlayışının mahiyyətinə toxunuldu, müasir sivilizasiya məsələlərində əqli mülkiyyətin rolu kimi məsələlər təhlil edildi.
Təlim zamanı 1883-cü ildə qüvvəyə minmiş "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası" və 1886-cı ildə qüvvəyə minmiş "Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası" barədə məlumat verildi, əqli mülkiyyətin şamil olduğu patentlər, patentlərin alınması və müəllif hüquqlarının qorunması, piratçılığa qarşı mübarizə hüququ, əmtəə nişanlarının dövlət reyestr xidmətində qeydiyyatı və ticarət sirləri ətraflı şərh edildi.
K.Behbudov Azərbaycanda əqli mülkiyyətin qorunması istiqamətində formalaşmış hüquqi bazanın əhəmiyyətli cəhətlərinə toxunaraq, beynəlxalq və milli qanunvericiliyin konkret maddələrinə aydınlıq gətirdi.
Təlimdə əməkdaşların mövzu ilə bağlı sualları cavablandırıldı.

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ