Əməkdaşımız Vəfa Məmmədovanın monoqrafiyası çap olunub

Əməkdaşımız Vəfa Məmmədovanın “Правовые особенности коррупционных деяний в здравоохранении: международная практика и Азербайджанская Республика” (“Səhiyyədə korrupsiya əməllərinin hüquqi xüsusiyyətləri: beynəlxalq təcrübə və Azərbaycan Respublikası”) adlı monoqrafiyası işıq üzü görmüşdür.
Monoqrafiyada səhiyyə sahəsində törədilən korrupsiya xarakterli əməllərin hüquqi xüsusiyyətləri təhlil edilir, bu məsələnin hüquqi tənzimlənməsində beynəlxalq təcrübə və Azərbaycan Respublikasında mövcud olan praktika araşdırılır. “Korrupsiya” anlayışı müxtəlif beynəlxalq-hüquqi sənədlər və dünya ölkələri qanunvericiliklərinin öyrənilməsi yolu ilə təhlil edilir. Səhiyyə sahəsində korrupsiya insan hüquqlarını və etik davranışın müxtəlif normalarını birbaşa pozan neqativ təzahür kimi nəzərdən keçirilir.
Müəllif tərəfindən bu cür qanunazidd əməllərin törədilməsi ilə bağlı amillər və bu mənfi təzahürə qarşı görülən tədbirlər təhlil edilir. Müəyyən səlahiyyətləri olan şəxslərin etik davranış kodeksinin əhəmiyyəti vurğulanır.
Korrupsiya xarakterli əməllər kompleks şəkildə - həm hüquqi, həm də etik baxımdan araşdırılır. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üzrə bir sıra təkliflər irəli sürülür.

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ