Əməkdaşımız sammitdə iştirak edib

Noyabrın 18-də İnstitutumuzun əməkdaşı İdris Zakirov “Rəqəmsal diplomatiya və dövlət idarəçiliyi” mövzusunda sammitə Zoom platforması üzərindən qatılmaqla onlayn iştirak edib. Sammitin açılışında İsveçrə Konfederasiyasının Prezidenti İgnazio Cassis, Malta Respublikasının Baş naziri Roberto Abela, BMT Baş katibinin texnologiya üzrə elçisi Amandeep Singh Gill və başqaları çıxış ediblər. Eyni zamanda, Microsoftun prezidenti cənab Brad Smithin sammit iştirakçılarına ünvanladığı video-müraciət də nümayiş etdirilib.
Dünyanın müxtəlif ölkələrindən 75 iştirakçının onlayn qoşulduğu bu sammitdə rəqəmsal diplomatiya və idarəetmə, süni intellekt, elektron ticarət, kibertəhlükəsizlik və rəqəmsal gələcəyimizi formalaşdıran digər məsələlər təhlil olunub.
Görüşdə həmçinin Qlobal Rəqəmsal Saziş üzrə davam edən danışıqlar da daxil olmaqla, dövlət idarəçiliyində insan huquqlarının təşviqi, uşaq hüquqları və gələcək nəsillərin hüquqlarının müdafiəsi mövzularında geniş müzakirələr aparılıb.
Tədbirdə diplomatik korpusların nümayəndələri, akademiklər, texnoloqlar, QHT və KİV nümayəndələri də iştirak ediblər.

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ