Əməkdaşımız beynəlxalq dəyirmi masada iştirak edib

Aprelin 16-da Ukrayna Dövlət Fiskal Xidmət Universiteti tərəfindən “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə effektiv mütəxəssis hazırlığı sisteminin qurulması” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki dəyirmi masa təşkil olunmuşdur.
Ölkəmizi tədbirdə Azərbaycan Milli Məclisinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, AMEA Hüquq və İnsan Haqları İnstititunun, Azərbaycan Dövlət İqtisad Universitetinin və digər strukturların nümayəndələri təmsil etmişdir. İnstitutumuzun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin əməkdaşı, hüquq üzrə elmlər doktoru Nazim Əliyev həmin dəyirmi masada iştirak etmişdir.
Dəyirmi masa dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə yüksək ixtisaslı kadr hazırlığına dair aktual mövzuların müzakirə olunması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədini daşımışdır. Tədbirdə MDB-nin bir sıra üzv dövlətləri ilə yanaşı, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ölkələri, habelə İngiltrərə, İtaliya və Avropanın digər qabaqcıl dövlətlərinin nümayəndələri iştirak ediblər.

Rəqəmlərdə

  • 297

    Events
  • 10

    Departments
  • 169

    Publications

TƏDBİRLƏRİMİZ