Cəmiyyətimizin həssas təbəqəsi olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün ötən il martında Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələr istifadəyə verilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verərək həmin müəssisələrə baş çəkib və yaradılan müasir şəraitlə yerində tanış olub. Görülən tədbirlər məhkumların səmərəli islahına və cəmiyyətə reinteqrasiyasına xidmət etməklə Ədliyyə Nazirliyi tərəfindən bu sahədə ardıcıl işlər görülür, aidiyyəti qurumların və vətəndaş cəmiyyəti institutları ilə birgə kütləvi-mədəni və maarifləndirici tədbirlər təşkil olunur.