Düşmən silahlı münaqişələr dövründə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına məhəl qoymur, dünya birliyi isə susur

Bu gün bütün dünya dövlətlərində, xüsusən də silahlı münaqişə şəraitində olan dövlətlərdə qadın və uşaq hüquqlarının müdafiəsi müxtəlif formalar, mexanizmlər, orqan və təşkilatlar çərçivəsində həyata keçirilməlidir. Tərəflərin hərbi münaqişədə əsas humanitar öhdəliklərinə əməl olunduğu şəraitdə daha ədalətli və humanist dünya düzəninə nail olmaq olar. Humanitar hüquq normalarına bütün hallarda əməl olunmalıdır. Çünki bu, bəşəriyyətin həyatının və ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır. Müasir qloballaşma şəraitində uşaqların hüquqlarının dolğun şəkildə təmini konkret bir dövlətin imkanları xaricində olmaqla, bütün dünya birliyinin səylərinin birləşdirilməsini tələb edir.

Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyır

Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin AZƏRTAC-da "Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunun tələblərinə hörmətsiz yanaşa bilməz" başlıqlı müsahibəsi işıq üzü görüb. O, qeyd edib ki, müharibə zamanı mülki şəxslərin müdafiəsi Azərbaycan və Ermənistanın da qoşulduğu 1949-cu il Cenevrə konvensiyaları, xüsusilə IV Cenevrə Konvensiyası və bu Konvensiyaya 1977-ci il tarixli 1 saylı Əlavə Protokolla tənzimlənir: “30 ilə yaxındır Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Azərbaycan torpaqlarının işğalı nəticəsində dinc sakinlərimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib. İşğal olunmuş ərazilərdə bir milyon azərbaycanlı etnik təmizlənməyə məruz qalıb”.

Niyə bəzi iranlı xadimlər tarixi Azərbaycanı “görmür”?

"Bu yaxınlarda Tehran Universiteti Tarix fakültəsi elmi şurasının üzvü tarixçi Q.Rəştiyani Azərbaycanın guya fars və ya iranlı orta əsr məşhur şəxsiyyətlərini mənimsədiyindən narahat olduğunu izhar etmişdir. Əvvəlcə hörmətli tarixçiyə xatırladaq ki, ilk dəfə 1935-ci ildə dünyanın siyasi xəritəsində görünən İran dövlətinin müxtəlif xalqlarının nümayəndələrinə İranlılar deyilir. Yəni orta əsr şairlərini, elm adamlarını və şəxsiyyətlərini "iranlılar" adlandırmaq, ən azından elmi cəhətdən yanlışdır". Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun "Niyə bəzi iranlı xadimlər tarixi Azərbaycanı “görmür”?" başlıqlı müsahibəsində yer almışdır.

Aytən Mustafazadə: “Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi Qarabağa həsr olunmuş kitablara maraq göstərməlidir”

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin "1news.az"-da "МИД и Госкомитет по диаспоре должны быть заинтересованы в книгах, посвященных Карабаху" sərlövhəli müsahibəsi dərc olunub.

Bolqarıstanın utancı. Burada bir film çəkildi və nasist Nijdeyə abidə ucaltmağa hazırlaşırlar

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun 29iyul 2020ci il tarixdə 1news.az-da "Позор Болгарии. Здесь сняли фильм и готовятся поставить памятник нацисту Нжде" başlıqlı müsahibəsi dərc olunub.

Pandemiya şəraitində hüquq və azadlıqların məhdudiyyətlərinin hüquqauyğunluğu meyarları

Bəzən Covid-19 pandemiyası ilə mübarizəyə yönələn xüsusi karantin rejimi qaydaları insan və vətəndaş hüquq və azadlıqlarının məhdudiyyətləri kimi nəzərdən keçirilir. Doğrudur, bu qaydalar bizim bir sıra hüquq və azadlıqlarımızı müəyyən dərəcədə və müvəqqəti olaraq məhdudlaşdırır. Lakin nəzərə almaq lazımdır ki, istənilən hüquq və azadlıqdan istifadə imkanı qeyri-məhdud və hüdudsuz olmamaqla, müəyyən hüquqi öhdəlik və məsuliyyət doğurur. Bu yalnız doktrinal yanaşma deyil, həm də harmonik və təhlükəsiz birgəyaşayış üçün zəruri olan normativ bir tələbdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsində göstərildiyi kimi, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

Karantin qaydalarına əməl edilməsinin iqtisadi üstünlükləri

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının əhali arasında yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədə karantin qaydarı tədbiq edilməkdədir. Azərbaycanda koronavirus pandemiyasının yarandığı ilk vaxtlarda müxtəlif sektorlar üçün qaydalar hazırlandı. Bu qaydalar iş yerlərindən tutmuş istehsal prosesinə qədər sahələrdə karantin rejiminin tələblərinin tətbiqini əhatə edir. Sözügedən tələblər ilk növbədə işçilərin hüquqlarının müdafiəsi, eləcə də iş yerlərində sosial məsafənin təmin olunması, təmizlik və dezinfeksiya işlərinin aparılması və qoruyucu vasitələrin istifadəsindən ibarətdir.

Azərbaycan Tovuzda Ermənistanın bölgənin sabitliyini pozmaq cəhdlərinin qarşısını aldı

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynov CBC telekanalının canlı yayımlanan xüsusi efir buraxılışının qonağı olub. Buraxılışda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən 2020-ci ilin 12 iyul tarixində Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə təxribat həyata keçirməyə cəhd göstərməkləri, ordumuzun gördüyü müvafiq tədbirlər nəticəsində onların geri oturdulması, diversiyanın qarşısının qətiyyətlə alınması geniş müzakirə olunub. Həmçinin təxribatın qarşısını alarkən qəhrəmancasına həlak olan hərbçilərimizin xatirəsi yad edilib.

Nəşrlər

Müsahibələr