Rizvan Hüseynov: “Niyə Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyasını 20-ci illərin xəritələri əsasında müəyyənləşdirməyə çalışır?”

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun First News Media (1news.az) xəbər portalında "Почему Армения стремится провести демаркацию границ с Азербайджаном на основе карт 20-х годов?" başlıqlı müsahibəsi dərc olunub.

İqtisadi fəaliyyət sferasında cinayətkarlığın bəzi aspektləri tədqiq olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənovanın "İqtisadi fəaliyyət sferasında cinayətkarlığın bəzi aspektləri" mövzusunda məqaləsi beynəlxalq səviyyəli nüfuzlu jurnalda dərc olunub. Məqalə iqtisadi fəaliyyət sferasında cinayətkarlıqla mübarizənin müxtəlif problemlərinə həsr edilib.

Aytən Mustafazadə: “Human Rights Watch özünü Ermənistan silahlı qüvvələrinin müharibə cinayətlərinə dair hesabat hazırlamağa məcbur edib”

Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin First News Media (1news.az) xəbər portalında "Human Rigts Watch с натяжкой «выдавила» из себя отчёт о военных преступлениях армянских сил" başlıqlı müsahibəsi dərc edilib.

Xudavəng monastırı – Qədim Qafqaz Albaniyasının mirvarisidir

Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Həcər Verdiyevanın First News Media (1news.az) xəbər portalında "Худавенкский монастырь - жемчужина древней Кавказской Албании" adlı məqaləsi dərc edilib.

Aytən Mustafazadə: “Niyə Fransa Senatı İspaniyada və Fransanın özündə öz müqəddəratını təyinetmə hüququ məsələsini qaldırmır?”

Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin "1news.az" saytında "Niyə Fransa Senatı İspaniyada və Fransanın özündə öz müqəddəratını təyinetmə hüququ məsələsini qaldırmır?" (Почему французский Сенат не поднимает вопрос о праве на самоопределение в Испании и самой Франции?) başlıqlı müsahibəsi işıq üzü görüb. O, qeyd edib ki, "“Son onilliklərdə beynəlxalq hüquqda böhran müşahidə olunur və özünün müstəmləkələri olmuş ölkələrdən köç axını ilə qarşılaşan Avropa ölkələri insan hüquqları kontekstində bu problemin öhdəsindən gələ bilməyib".

“Nə üçün Dağlıq Qarabağ Kosovo ola bilməz?”

22 noyabr 2020-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının üzvü, hüquq elmləri doktoru Kamal Makili-Əliyevin "The National İnterest" jurnalında "Почему Нагорный Карабах не сможет стать Косово" başlıqlı məqaləsi dərc olunub.

Erməni vandalizminə məruz qalan abidələrimizin vəziyyəti tam öyrənilməlidir

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun AZƏRTAC-da "Erməni vandalizminə məruz qalan abidələrimizin vəziyyəti tam öyrənilməlidir" başlıqlı müsahibəsi dərc edilib. O qeyd edib ki,işğaldan azad olunan ərazilərimizdə tarixi-mədəni abidələrimizin vəziyyəti tam öyrənilməlidir. Çünki ermənilər həmin yerlərdəki abidələrimizi öz adlarına çıxıblar, dağıdıblar, dağıda bilmədikləri isə baxımsız qalıb. Ərazilərimiz işğaldan azad olunduqdan sonra buradakı abidələrin bərpası da aktual məsələlərdəndir.

Ermənistan ərazilərimizdə törətdiyi vandal aktlara görə beynəlxalq hüquq qarşısında cavab verəcək

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın AZƏRTAC-da "Ermənistan ərazilərimizdə törətdiyi vandal aktlara görə beynəlxalq hüquq qarşısında cavab verəcək" başlıqlı müsahibəsi işıq üzü görüb. O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızda dünya sivilizasiyasının mədəniyyət nümunələri olan abidələrimiz erməni vandalizminin qurbanına çevrilib. Ermənipərəst sovet hakimiyyəti dövründə Azərbaycan ərazisində yerləşən bir çox mədəni-tarixi abidələrimiz dövlət tərəfindən qeydiyyata alınmamışdı. Bu da illər sonra ermənilərə işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlardakı minlərlə abidəni “erməniləşdirməyə” imkan verdi. Həmin ərazilərdə yüzlərlə tarixi abidəni öz adlarına rəsmiləşdirən erməni vandalları muzeylərdəki nadir tarixi eksponatları, qiymətli incəsənət nümunələrini talan edib, onlarda əksini tapan Azərbaycan, islam elementlərini silərək, erməni yazıları ilə əvəz ediblər.

Ermənilər işğal etdikləri Azərbaycan ərazisindəki abidələrin əksəriyyətini öz adlarına çıxarıblar

AMEA Hüquq və İnsan Haqları İnstitutunun "Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquqlar" şöbəsinin böyük elmi işçisi, YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Müəllimlər Forumunun və Dünya Tibbi Hüquq Assosiyasının üzvü Aidə Bəndəliyevanın AZƏRTAC-da "Ermənilər işğal etdikləri Azərbaycan ərazisindəki abidələrin əksəriyyətini öz adlarına çıxarıblar" başlıqlı müsahibəsi işıq üzü görüb. O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasəti XX əsrin son onilliyində pik həddinə çatdı. Ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü nəticəsində insanlarımız öz doğma yurd-yuvalarından didərgin salınaraq məcburi köçkün vəziyyətinə salındı. Azərbaycan xalqının tarixi-mədəni irsinə və etnik-mədəni dəyərlərinə ağır zərbələr vuruldu. Dağıdılmış mədəni abidələrin sırasında Azərbaycanın islam irsinə məxsus olan məscidlər, habelə pirlər, ocaqlar, ziyarətgahlar, sərdabalar da vardı. Bu siyahıya, həmçinin qədim məzarlıqlar, arxeoloji qazıntılar, alban məbədləri, tarixi əlyazmalar və eksponatları əlavə etmək lazımdır. Ermənilərin törətdikləri bu vandalizm beynəlxalq hüquq normalarına zidd olduğu üçün zaman-zaman bir çox beynəlxalq təşkilatlar tərəfindən qəti şəkildə pislənib.

Birinci Qarabağ müharibəsində 71 uşaq itkin düşüb – 29 uşaq hələ də girovluqdadır

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın "lent.az" xəbər portalında "Birinci Qarabağ müharibəsində 71 uşaq itkin düşüb - 29 uşaq hələ də..." başlıqlı müsahibəsi işıq üzü görüb. O, qeyd edib ki, işğalçı və separatçı Ermənistan 30 ildir ki, beynəlxalq hüquq normalarını pozur. Dünyaya özünü soyqırıma məruz qalmış “əzabkeş və zavallı” xalq kimi tanıdan erməni quldurları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə başladıqları gündən qadın və uşaqları fiziki, mənəvi, psixoloji işgəncələrə, qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə məruz qoyublar. Qaradağlı və Xocalı faciələri, Ağdaban və Ballıqaya qətliamları zamanı mülki əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı amansızlıq və görülməmiş vəhşiliklər nümayiş etdiriblər.

Nəşrlər

Müsahibələr