İsrail jurnalında Azərbaycanın qələbəsi haqqında məqalə dərc olunub

İsrailin nüfuzlu "The Times of Israel" jurnalının fransız dilli bölməsində "Multikulturallıq - Azərbaycanın Ermənistan üzərindəki qalibiyyətinin sirli açarı" adlı məqalə dərc olunub. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Səid Musayevin yazdığı məqalədə son aylarda Fransa mediasında ölkəmizə qarşı aparılan çirkin kampaniyaya, ermənilərin xristian icması olaraq Dağlıq Qarabağda digər xaqlarla birgə yaşaması ilə bağlı beynəlxalq ictimaiyyətdə tərəddüdlər yaratmağa çalışan dairələrə tutarlı cavab verilir. Məqalədə qeyd olunur ki, Azərbaycan ordusunun Qarabağda işğalçı erməni silahlı qüvvələrinə qarşı apardığı 44 günlük əməliyyatlar həm də ədalətin şanlı qələbəsi ilə nəticələndi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı altında aparılan əməliyyatlar beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin üzv dövlətlərin fərdi və ya kollektiv özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsinə uyğun olub. Döyüşlərə son qoyan 10 noyabr razılaşması regional nizamı yenidən şəkilləndirəcək. Hərbi eskalasiyadan və etnik düşmənçilikdən yeni bir sabitləşmə mərhələsinə keçən Cənubi Qafqaz bölgəsi inkişaf üçün yeni imkanlar qazandı. Dünyadakı erməni lobbi dairələri tərəfindən dəstəklənən beynəlxalq medianın cəhdlərinə baxmayaraq, Ermənistan yalan mənbələrə əsaslanan informasiya savaşında da qalib gələ bilmədi. İşğaldan azad edilmiş ərazilərdəki kilsələrin və monastrların acınacaqlı vəziyyətinə dair yeni erməni qarayaxma kampaniyasının əsassız olduğunu arqumentlərlə oxucuların diqqətinə çatdıran müəllif Azərbaycanda inancından asılı olmayaraq, bütün vətəndaşlarının etiqad azadlığının qanunlarla qorunduğunu, Prezident İlham Əliyevin siyasi kursunda multikulturalizmə xüsusi diqqət yetirildiyini diqqətə çatdırır.

Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz..

Rəqəmlərdə

  • 297

    Events
  • 10

    Departments
  • 169

    Publications

TƏDBİRLƏRİMİZ