Əməkdaşımızın Springer beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan nəşrdə məqaləsi çap olunmuşdur

İqtisadi fəaliyyət sahəsində cinayətkarlığın, xüsusən, onun daha mütəşəkkil təzahür formalarının əsas determinantlarından biri “kölgə iqtisadiyyatı”nın mövcudluğudur. Ona görə də “kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizənin təmin edilməsi Azərbaycan Respublikasının dövlət siyasətində əsas istiqamətlərindən birini təşkil edir. Son illərdə ölkəmizdə bu istiqamət üzrə aparılan islahatlar, kompleks institusional tədbirlər “kölgə iqtisadiyyatı”nın, xüsusən, onun daha geniş yayılmış qeyri-rəsmi məşğulluq, ikili mühasibatlığın aparılması kimi xarakterik hallarının xeyli dərəcədə azalmasına imkan vermişdir. Bununla belə, “kölgə iqtisadiyyatı”nın həcmi böyük potensial olduğundan, onunla effektiv mübarizə dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyət kəsb edir.
İnstitumuzda bəhs edilən mövzunun kifayət qədər aktual olduğu diqqətdə saxlanılır, vaxtaşırı bu sahə üzrə keçirilən elmi tədbirlərdə iştirak edilir, məqalələr hazırlanıb çap olunur. 5 yanvar 2021-ci il tarixdə institutumuzun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin əməkdaşı, hüquq üzrə elmlər doktoru Nazim Kazım oğlu Əliyevin həmmüəllifliyi ilə hazırlanmış “Fuzzy Regulation Model of the Interaction Between the State and Economic Subject Within the Shadow Economy and Tax Field” (“Dövlət - iqtisadi subyektin kölgə iqtisadiyyati və vergi sahəsində qarşılıqlı əlaqəsinin fazzi tənzimlənməsi modeli”) adlı məqalə Springer beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan nəşrdə (Springer International Publishing) çap olunmuşdur.
Məqalə ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür.

Rəqəmlərdə

  • 297

    Events
  • 10

    Departments
  • 169

    Publications

TƏDBİRLƏRİMİZ