Əməkdaşımız Elm TV-yə erkən nikahların hüquqi şərhi barədə müsahibə veriı

Bu gün dünya ölkələrinin bir çoxunda cəmiyyətin qarşılaşdığı mühüm problemlərdən biri də erkən nikahlar hesab olunur. Mütəxəssislərin qənaətincə, erkən nikah problemi bir neçə səbəbdən qaynaqlanır.
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru İlham Əliyev Elm TV-yə müsahibəsində məsələnin hüquqi dəyərini, qanunvericilikdə necə əks olunduğunu şərh edib.
O deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə görə, nikaha girməyə yalnız qanunla müəyyən olunmuş vaxtda icazə verilir.
İlham Əliyev məsələnin Cinayət Məcəlləsində öz əksini necə tapdığı barədə də ətraflı məlumat verib.

Müsahibənin geniş videoyazısını buradan izləyə bilərsiniz.

Rəqəmlərdə

  • 316

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ