“PROF. RÖVŞƏN MUSTAFAYEV” ADINA MEDAL VƏ SERTİFİKATIN TƏQDİMATI

24 dekabr 2015-ci ildə AMEA-nın İnsan Hüquqları İnstitutunda İnstitut və Prof. R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. Rövşən Mustafayev” adına medal və sertifikatın təqdimat mərasimi keçirilmişdir.

Məlum olduğu kimi, mərhum professor Rövşən Mustafayev Qafqazda ilk siyasi elmlər doktoru olmuşdur və o, erməniliyin iç üzünü açan bir sıra sanballı kitabların müəllifidir. Оnun еlmi rəhbərliyi ilə «Еrməni tеrrоr və quldur birləşmələrinin bəşəriyyətə qаrşı cinаyətləri (ХIХ-ХХI əsrlər)» müхtəsər хrоnоlоji еnsiklоpеdiyаsı tərtib еdilmiş və çаp оlunmuşdur. 2008-ci ildə Rövşən Mustаfаyеvə onun son kitabı olan «Марши смерти» («Ölüm mаrşı») kitаbınа görə ilin bеynəlхаlq tеrrоrizm ilə bаğlı ən yахşı еlmi аrаşdırmаsı kimi Bеynəlхаlq Аvrаsiyа Mətbuаt Fоndunun sеrtifikаtı təqdim оlunmuşdur.

“Prof. Rövşən Mustafayev” adına medal və sertifikat ildə bir dəfə təqdim olunur. Mükafatın təqdim olunması üçün şərtlərdən biri erməni məsələsi üzrə elmi tədqiqatların aparılması, təkzibolunmaz elmi faktların tapılmasıdır. “Prof. Rövşən Mustafayev” adına medal və sertifikat bu il də öz layiqli namizədlərinə - İnsan Hüquqları İnstitutunun tədqiqatçı alimlərindən Abbas İslamova və Rizvan Hüseynova təqdim edilmişdir.

Mərasimi giriş sözü ilə açan İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Azərbaycan torpaqlarının zaman-zaman təcavüzkar qonşularımız tərəfindən tutularaq talan edilməsindən, mədəni sərvətlərimizin Ermənistan Respublikası tərəfindən özününküləşdirilməsindən bəhs edərək, Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olduğunu vurğuladı. İnsan Hüquqları İnstitutunun bu istiqamətdə araşdırmalar aparan alimlərinin tədqiqatlarını yüksək dəyərləndirən o, təcavüzkar dövlətin saxtakarlıq və terrorla bağlı siyasətinin sübuta yetirilməsi istiqamətindəki xidmətlərinə görə A.İslamova və R.Hüseynova uğurlar arzuladı, onların “Prof. R.Mustafayev” adına medal və sertifikata ən layiqli namizəd olduqlarını qeyd etdi.

2015-ci ildə A.İslamovun “Фальшивая история хайев Моисея Хоренского” və R.Hüseynovun “Азербайджан и армянский вопрос нa Кавказе” kitabları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün çatdırılmasına, cinayətkar erməni obrazının açılmasına xidmət edərək, Qafqaz regionuna gəlmə olan ermənilərin bütün mənbə, sənəd və xəritələri saxtalaşdırıb özününküləşdirməyə çalışdıqlarını açıq şəkildə ifşa edir, Ermənistanın terrorizmi və etnik separatizmi dəstəkləyən dövlət olduğunu əsaslı faktlarla sübuta yetirir.

Tədbirdə tədqiqatçı alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

                                                

 

 İctimaiyyətlə əlaqələrə məsul şəxs,

Leyla Məmmədova

Tel: (012) 510-36-45;

e-mail:info@ihr-az.org

Leylamemmedova247@gmail.com

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ