8 iyun 2012-ci ildə AMEA-nın İnsan Hüquqları İnstitutunda “Azərbaycan və NATO əməkdaşlığı NATO-nun Çikaqo Sammitindən sonra: əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.
8 iyun 2012-ci ildə AMEA-nın İnsan Hüquqları İnstitutunda “Azərbaycan və NATO əməkdaşlığı NATO-nun Çikaqo Sammitindən sonra: əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.
2012-ci il mayın 31-də AMEA-nın İnsan Hüquqları İnstitutunda «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dəymiş iqtisadi zərərin qiymətləndirilməsi, gələcək nəsillərə qayğı» mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
İyunun 4-də Bakıdakı “Hilton” hotelində AMEA-nın İnsan Hüquqları İnstitutu, YUNESKO-nun Azərbaycan Respublikasındakı Milli Komissiyası və YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun birgə təşkilatçılığı ilə “Azərbaycan və YUNESKO 20 il: davamlı inkişaf naminə təhsil” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Mayın 11-də Badamdar qəsəbəsindəki «Kempinski-Badamdar» otelində «Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)» müxtəsər xronoloji ensiklopediyanın ingilis variantının təqdimat mərasimi keçirilmişdir. Tədbirin təşkilatçıları AMEA İnsan Hüquqları İnstitutu və Siyasi Maarifləndirmə İctimai Birliyidir. Mərasim Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 20 illiyinə həsr olunmuşdur.
Ölkəmizdə insanların konstitusiya ilə təmin olunan hüquq və azadlıqlarının qorunması dövlətin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.
Aprelin 18-də Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilmişdir.
2012-ci il fevralın 17-də AMEA-nın İnsan Hüquqları İnstitutunda “Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətdir” mövzusunda elmi sessiya keçirilmişdir. Sessiyada 26 fevral 1992-ci il – XX əsrin ən ağır cinayəti sayılan Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş «Xocalı hadisələri beynəlxalq hüquqa əsasən soyqırım kimi qiymətləndirilir» adlı həmçinin ingilis, rus, alman və fransız dillərində nəşr edilmiş kitabın təqdimatı keçirilmişdir.
2011-ci il martın 29-da AMEA-nın İnsan Hüquqları İnstitutunda «1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində» mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
2011-ci il noyabrın 16-17-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və təşkilatın Bakı ofisi ilə birgə «Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması» mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
2011-ci il oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş «İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri» mövzusunda beynəlxalq elmi-konfrans keçirilmişdir.
AMEA Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri h.ü.e.d., professor Cavanşir Süleymanovun və aparıcı elmi işçi, h.ü.f.d., dosent Şəlalə Şakir qızı Həsənovanın birgə həmmüəllifliyi ilə […]
İnstitutumuzun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Usub qızı Hüseynovanın “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı […]