2012-ci il noyabrın 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının, AMEA–nın İnsan Hüquqları üzrə Elmi–Tədqiqat İnstitutunun və Polis Akademiyasının birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında "Qloballaşma şəraitində insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsinin aktual problemləri: nəzəriyyə və təcrübə" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Milli Məclisin deputatları, Daxili İşlər Nazirliyi Polis Akademiyasının, Milli Təhlükəsizlik Nazirliyinin akademiyasının, Ədliyyə akademiyasının, Fövqəladə Hallar Nazirliyinin akademiyasının, Baş Prokurorluğun, Konstitusiya Məhkəməsinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.