Dekabrın 24-də AMEA İnsan Hüquqları İnstitutundadəyirmi masa təşkil edilib. Tədbir dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrasına dair hesabatla xarakterizə olunub. Dəyirmi masada Milli Məclisin, AR İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, eləcə də gündəlikdəki məsələlərə aidiyyəti olan digər təşkilatların alim və mütəxəssisləri iştirak ediblər.