15 iyul 2015-ci ildə AMEA-nın İnsan Hüquqları İnstitutu “Azərbaycanın İşğal Altındakı Ərazilərində erməni vandalizmi” adlı qısametrajlı sənədli filmə təqdimat mərasimi keçirmişdir.
15 iyul 2015-ci ildə AMEA-nın İnsan Hüquqları İnstitutu “Azərbaycanın İşğal Altındakı Ərazilərində erməni vandalizmi” adlı qısametrajlı sənədli filmə təqdimat mərasimi keçirmişdir.
Avropa İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə 27-28 aprel 2015-ci il tarixlərində Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Genetik modifikasiya olunmuş məhsulların (GMO) hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda Beynəlxalq Seminar keçirilmişdir. Seminarın əsas məqsədi Azərbaycanda GMO məhsulları sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, ərzaq təhlükəsizliyinin və əhalinin sağlamlığının gücləndirilməsi istiqamətində təkliflərin verilməsidir.
10 aprel 2015-ci ildə AMEA-nın İnsan Hüquqları İnstitutu tərəfindən “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirin əsas məqsədi ermənilərin əzəli Azərbaycan torplaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq olub.
AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev 16-20 fevral 2015-ci il tarixlərində Avstriyanın Vyana şəhərində Avropa İttifaqının Horizon 2020 proqramı üzrə həyata keçirilən İnconet layihəsi çərçivəsində “Tədqiqat və İnnovasiya siyasəti” mövzusu üzrə təşkil olunan Seminarda iştirak etmişdir.
27 fevral 2015-ci il tarixində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və AMEA-nın İnsan Hüquqları İnstitutu Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” adlı layihəsi çərçivəsində “Əlilliyi olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. İctimai Birliyin sədri Tahir Xudiyevin kitaba yazdığı ön sözdə bildirilir: “Fiziki və mental cəhətdən məhdudiyyəti olan uşaqların təhsil hüquq¬larının müdafiəsi həm də insan hüquqlarının həyata keçi¬ril¬məsi uğrunda aparılan qlobal mübarizənin tərkib hissə¬sidir”.
18 fevral 2015-ci ildə Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İşğal altında qalmış dini abidələrimiz: Tarixi yaddaşın izi ilə” adlı konfrans keçirilib.
11 fevral 2015-ci ildə AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutunun yeni nəşri olan “Erməni Psixologiyası” kitabının təqdimatı keçirilmişdir.Təqdimat mərasimində millət vəkilləri, tarixçilər və KİV nümayəndələri iştirak edirdilər.Kitabın təqdimatında erməniçilik, tarixi həqiqətlərin saxtalaşdırılması, onların fitnəyaradıcı pisixologiyası, aqressiv ünsiyyətləri və bu kimi başqa xarakterləri müzakirə obyektinə çevrilib. Ermənistanın Azərbaycana təcavüzü mövzusuna da toxunulub.
2014-cü ilin dördüncü rübündə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu (İHİ) tərəfindən ölkəmiz və regionumuzla bağlı birgə elmi tədqiqat proqramı davam etdirilmişdir. Qeyd olunan proqramda beynəlxalq elmi qurumlar və beyin mərkəzlərinin regionla bağlı araşdırmalar aparan tədqiqatçıları iştirak edir.
AMEA Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri h.ü.e.d., professor Cavanşir Süleymanovun və aparıcı elmi işçi, h.ü.f.d., dosent Şəlalə Şakir qızı Həsənovanın birgə həmmüəllifliyi ilə […]
İnstitutumuzun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Usub qızı Hüseynovanın “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı […]