Elektron məhkəmənin yaradılması

29 mart 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda “Məhkəmə sistemində elektron idarəçilik: elmi və praktiki yanaşma” mövzusunda təqdimat keçirilib. Təqdimat “Məhkəmənin Nəbzi – İdarəetmədə İnqilab”adlı layihənin Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsində mükafatlandırılması ilə bağlı olub. Tədbiri giriş nitqi ilə institutun direktoru, Milli Məclisin deputatı hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə açaraq ədliyyə və məhkəmə sistemində keyfiyyətin və səmərəliliyin artırılması istiqamətində çıxış etmişdir.

“Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans

21 fevral 2018-ci ildə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu “Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirib. Konfransı giriş nitqi ilə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə açaraq dünya ölkələrinin təcrübəsində müstəqil hüquq sahəsi kimi formalaşan tibb hüququ barəsində geniş məlumat vermiş, cəmiyyətdə tibb hüququ sahəsində məlumatların olduqca səthi xarakter daşıdığını və bu fənnin Tibb Universitetində və hüquq fakültələrində tədrisinə ciddi zərurətin olduğunu vurğulamışdır.

“Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” mövzusunda“Dəyirmi masa”

“AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu olaraq, biz fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparır və tədbirlər təşkil edirik. Bu işlərin davamı olaraq AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Elmi Şurasının qərarı ilə İnstitutda “Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılması məqsədəuyğun hesab edilmişdir”.

Oleq Kuznetsova institutun “Fəxri Professoru” adının verilməsi və “XX əsrdə transmilli erməni terrorunun tarixi” adlı kitabının təqdimatı

30 noyabr 2017-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda tarixçi, politoloq, tərcüməçi, qafqazşünas, pedoqoq və publisist Oleq Yuryeviç Kuznetsova institutun "Fəxri Professoru" adının verilməsi və "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində mövzusunda beynəlxalq konfransın keçirilməsi

19 oktyabr 2017-ci il tarixində “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində mövzusunda beynəlxalq konfransın keçirilməsi” adlı layihəsinə əsasən Azərbaycanda akkrerditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, işğal olunmuş ərazilərin icra hakimiyyətlərinin əməkdaşlarının, görkəmli hüquqşünas- alimlərin, tədqiqatçıların, QHT sədrlərinin, əsir, girov, itkinlərin ailə üzvlərinin iştirakı ilə beynəlxalq konfrans keçirir.

Heydər Əliyev və Gənclik

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmin Nazirliyin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin və 1 saylı Bakı Tibb Kollecinin birgə təşkilatçılığı ilə 1 saylı Bakı Tibb Kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümə həsr edilmiş “Heydər Əliyev və Gənclik” mövzusunda Konfrans keçirilib

“Azərbaycan respublikasi konstitusiyasinda təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda respublika elmi-nəzəri konfrans

05 may 2017-ci il tarixdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Qara Dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar”mövzusunda Respublika elmi-nəzəri konfrans keçirilmişdir.

2016-ci ildə görülmüş işlərin yekununa dair hesabat

28 aprel 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında AMEA İnstitutlarının 2016-cı il ərzində gördüyü işlərin yekun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda AMEA Hüquq və İnsan Haqları İnstitutunun kitab stendi, video çarxı da öz əksini tapmışdır

Nəşrlər

Müsahibələr