“Hüquqi məsuliyyət” mövzusunda Əhmədbəy Ağaoğlunun əziz xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun, Türkiyə Respublikası Özyeğin Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Hüquq və İnsan Haqları İnstitutunda “Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın elmi-nəzəri təhlili” mövzusunda Dəyirmi Masa

18 aprel 2019-cu il tarixində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 03 aprel 2019-cu il tarixli “Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanın elmi-nəzəri təhlili” mövzusunda Dəyirmi Masa təşkil olunmusdur.

“Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarı giriş nitqi ilə İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə açaraq, son dövrlərdə əhalinin və ayrı-ayrı vətəndaşların sağlamlığının qorunması, vətəndaşların səhiyyə və tibbi fəaliyyət sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı münasibətlərin sürətli inkişafı, bu sahədə etik təsəvvürlərin dəyişməsi, orqan və toxumaların transplantasiyası, süni mayalanma və s. kimi bioetik məsələlərin aktullasması nəticəsində İnstitutda Tibb hüququ kursuhazırlanmış və hüquq elminə yeni tövhə verdiyini bildirmişdir.

1918-ci il Soyqırımının 101-ci ildönümü anıldı

29 mart 2019-cu il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda AMEA-nın Qadınlar Şurası və İnstitutunun Qadınlar Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbiri giriş nitqi ilə açan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi işlər üzrə direktor müavini, eyni zamanda İnstitutun Qadınlar Təşkilatının sədri, f.e.d., dosent Lalə xanım Əhmədova bildirmişdir ki, işğalçı Ermənistan tərəfindən Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı törədilən terror, soyqırım və təcavüz siyasətinin yüzillərlə əvvəl başlayan bir tarixi mövcuddur.

“Fiziki imkanlari məhdud olan şəxslərin məşğulluğu problemləri” mövzusunda“Dəyirmi masa”

Azərbaycan Respublikasında fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsilləri prioritet vəzifələrdən sayılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaşlarımızın bu kateqoriyasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir, eyni zamanda ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xöşməramlı səfiri Mehriban xanım Əliyeva da sosial siyasətə verilən böyük önəmi əməli fəaliyyətində hər zaman hiss etdirir, insanların sosial hüquqları ilə bağlı məsələləri nəzarətində saxlayır.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş hüquqlarının tədqiqi” mövzusunda layihənin yekun təqdimatı keçirilib

21 sentyabr 2018-ci il tarixində “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş hüquqlarının tədqiqi” mövzusunda layihəsinin yekun təqdimatını keçirib.

İnstitutda Qadınlar Şurasının təsis yığıncağı keçirildi

8 may 2018-ci il tarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib. İclasda İnstitutun direktor müavini h.ü.e.d. professor Nazim Cəfərli, AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə, Fəlsəfə İnstitutunun Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Lalə Mövsümova, AMEA Qadınlar Şurası Təşəbbüs Qrupunun katibi, f.ü.f.d. Samirə Kadiyeva, İnstitutunun Həmkarlar təşkilatının sədri, şöbə müdiri Leyla Məmmədova və İnstitutun digər əməkdaşları iştirak edirdilər.

“XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda respublika elmi-nəzəri konfrans

3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirilmişdir.

Nəşrlər

Müsahibələr