YUNESKO-nun bioetika üzrə proqraminin Azərbaycanda gerçəkləşdirilməsi

BMT-nin üzvü olan Azərbaycan da bioetika sahəsində insan hüquqlarının qorunması üzrə bir çox konvensiyalara qoşulmuş və humanitar problemlərlə məşğul olan YUNESKO-nun fəaliyyətinə aktiv dəstək verməkdədir. Bu baxımdan, 2010-cu il dekabrın 24-də AMEA İnsan Hüquqları İnstitutunda YUNESKO-nun Azərbaycandakı Milli Komissiyası və YUNESKO-nun Bioetika üzrə beynəlxalq kafedralar şəbəkəsinin Baş ofisinin birgə təşkil etdikləri «YUNESKO-nun bioetika proqramının Azərbaycanda gerçəkləşdirilməsi» adlı elmi simpoziumun keçirilməsini əlamətdar hadisə saymaq olar.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov simpoziumu açaraq, Azərbaycanın YUNESKO-nun müxtəlif strukturları ilə əməkdaşlığının milli elm üçün vacibliyini qeyd etmişdir. O, bu sahədə mütəxəssislərin, alimlərin, hakimiyyət orqanlarının və geniş auditoriyanın təmsilçilərinin bioetika üzrə təhsil və məlumatlılığının yüksəldilməsinin vacibliyini xüsusi vurğulamışdır. Akademik tərəfindən ölkənin YUNESKO ilə əməkdaşlığının yüksək səviyyəyə çatmasında Heydər Əliyev Fondunun və onun prezidenti şəxsən Mehriban xanım Əlyevanın rolu xüsusi qeyd olunmuşdur.

Artıq bir ildir ki, ölkədə fəaliyyət göstərən YUNESKO-nun bioetika üzrə beynəlxalq kafedralar şəbəkəsinin Azərbaycan Bürosunun gördüyü işlər barədə hesabat simpoziumda əhəmiyyətli yer tutdu. Büronun rəhbəri və İnsan Hüquqları İnstitutunun Bioetika və tibbi hüquq şöbəsinin müdiri, Ümumdünya Tibbi Hüquq Assosiasiyasının üzvü, tibb elmləri doktoru V.Məmmədov öz məruzəsində qeyd etdi ki, YUNESKO-nun Bioetika kafedrasının 2010-cu ildə Azərbaycandakı fəaliyyəti bütünlüklə hökumət orqanlarının, elmi dairələrin, geniş auditoriyanın nümayəndələrinin və digər məqsədli qrupların bioetika məsələlərinə münasibətdə məlumatlılığının yüksəldilməsinə həsr olunmuşdur. Tədbir iştirakçıları üçün Azərbaycanda bu yeni elmi istiqamətin mahiyyəti açıldı, YUNESKO-nun Bioetika üzrə proqramının prinsipləri bəyan edildi, Azərbaycandakı Büronun vəzifələri barədə məlumat verildi, ötən dövrdə həyata keçirdilmiş addımlar açıqlandı. Tədbirdə aşağıdakı məsələlər təqdim edildi: 

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ