Oleq Kuznetsova institutun “Fəxri Professoru” adının verilməsi və “XX əsrdə transmilli erməni terrorunun tarixi” adlı kitabının təqdimatı

30 noyabr 2017-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda tarixçi, politoloq, tərcüməçi, qafqazşünas, pedoqoq və publisist Oleq Yuryeviç Kuznetsova institutun "Fəxri Professoru" adının verilməsi və "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Oleq Kuznetsov Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsrlər dövrünün tarixi coğrafiyası üzrə mütəxəssis, həmçinin hüquq müdafiəsi sahəsində geniş fəaliyyət göstərən, tanınmış politoloq olmaqla yanaşı, eyni zamanda Cənubi Qafqazda cərəyan edən proseslərlə, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqeyi ilə seçilmişdir.

Qeyd etmək lazımdır ki, Oleq Kuznetsov beynəlxalq terrorizm və erməni terrorizminin ən fəal tədqiqatçılarından biri kimi tanınmışdır. O, “XX əsrdə transmilli erməni terrorizmi” adlı kitabında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri araşdırmışdır.

Oleq Kuznetsovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin üzə çıxarılması, yayılması, Ermənistanın işğalçılıq siyasətinin və erməni terrorizminin təhlükəlilik dərəcəsinin əsaslandırılması istiqamətində xidmətləri kifayət qədər böyükdür. Bütün bunları nəzərə alaraq, tədbirdə Oleq Yuryeviç Kuznetsova beynəlxalq terrorizmlə, o cümlədən erməni terrorizmi ilə mübarizə sahəsində elmi tədqiqatların geniş miqyasda aparılmasına, separatçıların cinayətkar fəaliyyətlərini beynəlxalq hüquq və milli qanunvericilik kontekstində ifşa etməsinə görə institutun "Fəxri Professoru" adı təqdim edilmişdir.

Qeyd edək ki, 2017-ci ilin fevral ayında Hüquq və İnsan Haqları İnstitutu və Prof. Rövşən Mustafayev adına Beynəlxalq Fond Oleq Kuznetsovu “Prof. R. Mustafayev” adına medal və sertifikatla da təltif etmişdir.

Tədbirdə xarici ölkələrdən dəvət olunmuş qonaqlar, müvafiq dövlət qurumlarının əməkdaşları, ölkənin elm adamları, siyasi xadimlər və KİV nümayəndələri iştirak edirdilər.

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ