Əməkdaşlarımız “Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak ediblər

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi vəTədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə“Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
Konfransda Beyin ölümü diaqnozunun təyin olunma meyarları, diaqnozun təsdiqində rast gəlinən problemlər, orqan və toxuma transplantasiyası işinin təşkil olunmasının dini, hüquqi, psixoloji aspektləri vəümumilikdə müvafiq sahədə yerli və beynəlxalq təcrübə barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar edilərək dinləyicilərin sualları cavablandırılıb.
Tədbirdə institutumuzun əməkdaşları h.ü.f.d.,Samirə Qaramollayeva, h.e.d., Səidə Həsənzadə,h.ü.f.d., Vəfa Məmmədova, h.ü.f.d., Nərmin Həsənova, Nigar Ağakişiyeva və Afaq Sadıqova iştirak ediblər.  

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ