“RUSİYA-AZƏRBAYCAN: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda dəyirmi masa

09 fevral 2016-cı il tarixində AMEA İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin birgə əməkdaşlığı çərçivəsində “Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda Dəyirmi Masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, sosiologiya elmləri doktoru, professor, MDHİU-nun rektoru Vaqif  Bayramov, Beynəlxalq paraolimpiya komitəsinin prezidenti Filip Kreyven, tibb elmləri üzrə fəlsəfə doktoru, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova açmışdırlar.

Tədbirdə sosiologiya elmləri doktoru, MDHİU-nun rektoru , professor Vaqif Bayramov,  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin inkişaf və sosiallaşma problemləri olan uşaqların təhsili şöbəsinin rəisi Larisa Falkovskaya, Azərbaycan Milli Paraolimpiya Komitəsinin İnkişaf, informasiya və tədris şöbəsinin direktoru, Uşaq Paraolimpiya Komitəsinin icraçı direktoru, “Əlil idmançıların dəstəklənməsi” İctimai Birliyinin rəhbəri Kamal C.Məmmədov, fəlsəfə elmləri namizədi, MDHİU-nun elmi-tədqiqat laboratoriyasının müdiri Dmitri Rayduqin,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin Xüsusi təhsil şöbəsinin direktoru Anar Xələfov, ATFDBTM “Ufa Dövlət Neft Texniki Universiteti”nin innovasiyanın inkişafı üzrə prorektoru,Tarix, psixologiya və pedaqogika kafedrasının müdiri, “İnklüziv təhsilin metodologiya və texnologiyası” elmi-tədqiqat laboratoriyasının müdiri, tarix elmləri doktoru, professor Svetlana Qaliullina, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri, “Əlil dünyası” qəzetinin təsisçisi Tahir Xudiyev, fəlsəfə elmləri doktoru, MDHİU-nun Tarix və fəlsəfə kafedrasının professoru Anatoli Gerasimov və AMEA insan hüquqları İnstitutunun elmi işçiləri  çıxış etmişdilər.

Dəyirmi Masa çərçivəsində fiziki imkanları məhdud olan şəxslərin sosial inteqrasiyası, dayaq-hərəkət sistemi pozulan fiziki imkanları məhdud tələbələrin inkluziv təhsili, Azərbaycan Respublikasında fiziki  imkanları məhdud olan şəxslərin hüquqları və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasəti, Ölkədə fiziki imkanları məhdud olan şəxslərin təhsilinin təşkili istiqamətində aparılan islahatlar, Məhdud imkanlı şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti, əhalinin xüsusi həssas təbəqələrinə yardım və imkanları məhdud insanların problemlərini əhatə edən digər mövzular müzakirə olunmuşdur.

Tədbir AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Smart room” zalında baş tutmuşdur.

Tədbirdə alimlər, araşdırmaçılar, tədqiq edilən məsələ sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarından mütəxəssislər və KİV nümayəndələri iştirak etmişlər.

 

                                                                         

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ