“Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” mövzusunda“Dəyirmi masa”

“AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu olaraq, biz fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparır və tədbirlər təşkil edirik. Bu işlərin davamı olaraq AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Elmi Şurasının qərarı ilə İnstitutda “Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılması məqsədəuyğun hesab edilmişdir”.

Bu sözlər 25 yanvar 2018-ci ildə AMEA-nın Hüquq və İnsan Haqları İnstitututunda təşkil olunan “Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılış mərasiminə həsr olunmuş “Dəyirmi masa”da səsləndirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Azərbaycan Respublikasında fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsinin, peşə hazırlığı, iş yerləri ilə təmin olunmanın vacibliyini vurğulamışdır. Bu istiqamətdə görülən işlərin ölkə başçısı cənab İlham Əliyev tərəfindən daim nəzarətdə saxlandığını, həmçinin bu məsələnin ölkəmizdə insan hüquqlarının qorunmasına dəstək baxımından böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.

Daha sonra tədbir iştirakçıları da çıxış edərək fiziki imkanları məhdud şəxslərin sosial hüquqları ilə bağlı problemli məsələləri müzakirə etmiş, onlara diqqət və qayğının artırılması istiqamətində əhəmiyyətli təkliflər vermişlər.

Qeyd edək ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu sosial problemlər, o cümlədən məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiya

olunması problemləri sahəsində tədqiqatları daha da genişləndirmək məqsədilə Moskva Dövlət Humanitar-İqtisad Universiteti ilə müqavilə də bağlamışdır.

Tədbirdə Milli Məclisin deputatları, Əmək və əhalinin sosial müdafiəsi, Təhsil və digər nazirlik və komitələrin, beynəlxalq təşkilatların təmsilçiləri, Paraolimpiya komitəsinin nümayəndələri, “Loqos” tibb mərkəzinin əməkdaşları, alimlər və kütləvi informasiya vasitələri nümayəndələri də iştirak etmişdir.

Rəqəmlərdə

  • 435

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ