YUNESKO-nun 18-ci sessiyası Bakıda keçirilmişdir

Sessiyanın işində iştirak etmək üçün YUNESKO Baş direktorunun müavini, sosial və humanitar məsələlər sektorunun rəhbəri xanım Pilar Alvares-Laso, YUNESKO-nun Bioetika şöbəsinin rəhbəri xanım Dafna Holdfans,Beynəlxalq Bioetika Komitəsinin dünyanın 36 ölkəsindən olan müstəqil ekspertləri və çoxsaylı müşahidəçilər ölkəmizə gəlmişdilər.

İyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov YUNESKO-nun nümayəndələrini  qəbul etdi. Görüşdə YUNESKO-nun Azərbaycan Respublikasındakı Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva və YUNESKO-nun Bioetika üzrə Kafedrasının Azərbaycan Bürosunun rəhbəri, İnsan Hüquqları İnstitutunun elmi üşlər üzrə direktor müavini, professor Vüqar Məmmədov da görüşdə iştirak edirdilər. Qonaqları akademiyada salamlayan akademik M.Kərimov YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, hörmətli Mehriban xanım Əliyevanın YUNESKO-nun Bioetika üzrə Komitəsinin XVIII sessiyasınınBakıda keçirilməsində rolunu qeyd etdi və bu təşəbbüsə dəstək verdiyinə görə YUNESKO-nun baş direktoru İ.Bokovaya minnətdarlığını bildirdi. Akademik M.Kərimov onu da bildirdi ki, son 2 il ərzində bioetika bir elm olaraq Azərbaycanda yeni inkişaf impulsu almışdır. Milli Elmlər Akademiyasında «Bioetika və tibbi hüquq» üzrə doktorantura və dissertantura yaradılmış, hökumət tərəfindən bu ixtisasa müvafiq şifr verilmişdir. Bu isə gələcəkdə bu sahə ilə bağlı gənc mütəxəssislər hazırlamağa imkan verəcək. M.Kərimov qeyd etmişdir ki, ölkəmizdə bu yeni elm sahəsinin sürətli inkişafında AMEA-nın İnsan Hüquqları İnstitutu əhəmiyyətli rol oynamışdır. Belə ki, bir il əvvəl institutda professor Vüqar Məmmədovun başçılıq etdiyi Bioetika və tibbi hüquq şöbəsi, habelə YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycandakı nümayəndəliyi təsis edilmişdir. Ötən ilin payızında isə bu nümayəndəlik YUNESKO-nun Bioetika Kafedrasının Bürosu statusu almışdır.

Rəqəmlərdə

  • 464

    Events
  • 7

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ