Əməkdaşlarımız “Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak ediblər

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi vəTədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə“Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Şəxsiyyət fenomeni: İlham Əliyev – Dünya miqyaslı siyasətçi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə “Şəxsiyyət fenomeni: İlham Əliyev – dünya miqyaslı siyasətçi” adlı konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri, xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin, diplomatik korpusların təmsilçiləri, dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, Azərbaycan, Rusiya və Türkiyədən olan alimlər, siyasətçilər iştirak ediblər.

“Professor Rövşən Mustafayev” adına medal və sertifikatın təqdimetmə mərasimi keçirildi

30 yanvar 2020-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda İnstitut və Prof. Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. R. Mustafayev” adına medal və sertifikatın təqdimat mərasimi keçirilib. Qeyd edək ki, professor R.Mustafayev respublikada ilk siyasi elmlər doktoru olmaqla yanaşı, 1993-cü ildə ilk dəfə respublikada yaradılan qeyri-hökumət elmi-tədqiqat intellektual mərkəzin – Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun yaradıcısı və direktoru, 1998-ci ildə Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə yaradılan İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur. O, Azərbaycanda Ombudsman təsisatının yardılması layihəsinin rəhbəri, eyni zamanda “Dirçəliş-XXI əsr” və “Возрождение-XXI век” jurnallarının qurucusu və baş redaktoru kimi fəaliyyət göstərmişdir.

“Cinayət Hüququ. Xüsusi Hissə” kitabının təqdimat mərasimi keçirildi

07 noyabr 2019-cu il tarixdə “Hüquq Ədəbiyyatı” ixtisaslaşdırılmış kitab mağazasında AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Cinayət hüququ, cinayət prosesi” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Məhəmməd İmanlının “Cinayət Hüququ. Xüsusi hissə” adlı kitabının təqdimat mərasimi keçirilmisdir. Tədbirdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə, professor Xanlar Ələkbərov, professor Aydın Qasımov, h.e.n., Polis Akademiyasının kafedra rəisi, polkovnik Mirəli Hüseynov, BDU-nun professoru Mitəd Qafarov, Təhsil eksperti, f.e.n, dosent Etibar Əliyev, Aysel Kişiyeva, Seymur Əsgərov, h.e.n. , dosent Şəhla Həsənova çıxış edərək dərsliklə bağlı fikirlərini bildiriblər.

Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilmiş, İnstitutumuzla Vəkillər Kollegiyası arasında anlaşma memorandumu imzalanmışdır

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirlərinin nümayəndələri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.Today hosted a ceremony of oath candidate attorneys with members of the Presidium of the Bar Association, law enforcement leaders, MPs, representatives of foreign embassies, representatives of local and international organizations, as well as the media.

“XXI əsrdə İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Elmi-Nəzəri Konfrans

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “XXI əsrdə İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Elmi - Nəzəri Konfrans keçirilib.

“Hüquqi məsuliyyət” mövzusunda Əhmədbəy Ağaoğlunun əziz xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun, Türkiyə Respublikası Özyeğin Universitetinin Hüquq fakültəsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Hüquq və İnsan Haqları İnstitutunda “Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Nəşrlər

Müsahibələr