Haqqımızda

Hüquq və İnsan Haqları İnstitutu (“İnstitut”) publik hüquqi şəxs kimi “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin (“Mərkəz”) tabeliyində fəaliyyət göstərir. 1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi. İnstitutun əsas məqsədi hüquq və insan haqları sahəsində elmi araşdırmalar aparmaq, elmi-praktiki tövsiyələr hazırlamaq, eləcə də hüquqi maarifləndirmə, qanunvericiliyin inkişafı və təkmilləşdirilməsinə töhfə verməkdir. İnstitutun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: • Mərkəzin fəaliyyətinə elmi və praktiki dəstək vermək; • hüququn ayrı-ayrı sahələri üzrə elmi-tədqiqatlar aparmaq və elmi-praktiki tövsiyələr hazırlamaq; • qanunvericiliyin təkmilləşdirilməsində iştirak etmək; • elmi-praktiki şərhlər hazırlamaq; • normativ-hüquqi aktların qanunvericiliyə təsirini qiymətləndirmək və müvafiq monitorinq proseslərində iştirak etmək; • hüquqi maarifləndirmə sahəsində iştirak etmək; • dövlət orqanları əməkdaşlarının bilik və bacarıqlarının inkişafına dəstək vermək; • beynəlxalq təşkilatlarla və müvafiq xarici dövlət orqanları ilə əməkdaşlıq etmək, beynəlxalq təcrübəni öyrənmək. İnstitutda ümumilikdə 74 əməkdaş çalışır.

Nəşrlər

Müsahibələr