Haqqımızda

Hüquq və İnsan Haqları İnstitutu (“İnstitut”) publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin (“Mərkəz”) tabeliyində fəaliyyət göstərir. 1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi.
İnstitutun əsas məqsədi hüquq və insan haqları sahəsində elmi araşdırmalar aparmaq, elmi-praktiki tövsiyələr hazırlamaq, eləcə də hüquqi maarifləndirmə, qanunvericiliyin inkişafı və təkmilləşdirilməsinə töhfə verməkdir.
İnstitutun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
• Mərkəzin fəaliyyətinə elmi və praktiki dəstək vermək;
• hüququn ayrı-ayrı sahələri üzrə elmi-tədqiqatlar aparmaq və elmi-praktiki tövsiyələr hazırlamaq;
• qanunvericiliyin təkmilləşdirilməsində iştirak etmək;
• elmi-praktiki şərhlər hazırlamaq;
• normativ-hüquqi aktların qanunvericiliyə təsirini qiymətləndirmək və müvafiq monitorinq proseslərində iştirak etmək;
• hüquqi maarifləndirmə sahəsində iştirak etmək;
• dövlət orqanları əməkdaşlarının bilik və bacarıqlarının inkişafına dəstək vermək;
• beynəlxalq təşkilatlarla və müvafiq xarici dövlət orqanları ilə əməkdaşlıq etmək, beynəlxalq təcrübəni öyrənmək.
İnstitutda ümumilikdə 74 əməkdaş çalışır.

Nəşrlər