(Azerbaijan) Məsuliyyətli peşə sahibləri

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadənin 23 iyun Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə "Respublika" qəzetinin 23 iyun 2020-ci il buraxılışında (səh.5) "Məsuliyyətli peşə sahibləri" başlıqlı məqaləsi dərc olunub.

(Azerbaijan) Alimimiz “erməni azadlıq hərəkatı” əfsanəsini ifşa edən F.Ekozyansın kitabını təhlil etdi

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti Rizvan Hüseynovun bu günlərdə araşdırmaçı Filipp Ekozyansın dərc olunmuş kitabının sitatlarına və təhlilinə həsr olunmuş məqaləsi mətbuatda dərc olunub. Bu araşdırma, alimin qeyd etdiyi kimi, özündə aztanınan "erməni azadlıq hərəkatının" ilk kritik təhlilidir. Məqalədə xüsusilə qeyd olunur ki, Ekzosyansın araşdırması sayəsində "erməni azadlıq hərəkatının" formalaşması əsərini, daha doğrusu əfsanəsini canlandırmaq mümkün olmuşdur. R.Hüseynovun bu araşdırmasında, həmçinin "böyük Ermənistan" haqqında konsepsiyanın necə yaranması göstərilmiş və erməni xalqının əzab və məhrumiyyətlərinin kifayət qədər şişirdilmiş olduğunu sübut edən faktlar göstərilmişdir.

Şərəf və ləyaqət fəlsəfi-hüquqi kateqoriya kimi

İnstitutumuzun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənovanın Juridical Sciences and Education (Юридические Науки и Образование) jurnalının № 62, may 2020-ci il buraxlışında(səh.87-92) "Şərəf və ləyaqət fəlsəfi-hüquqi kateqoriya kimi" başlıqlı məqaləsi nəşr olunub. Məqalədə "şərəf" və "ləyaqət" kateqoriyalarına iki elmin kəsişməsində - hüquq və fəlsəfə kontekstində baxılır. Müəllif bu kateqoriyaların çoxaspektli olduğunu əsaslandırmaqla onların hüququn tətbiqi təcrübəsindəki və hüququn fəlsəfəsindəki anlayışını təhlil edir. Məqalədə şəxsiyyətin şərəf və ləyaqətinin müdafiəsi ilə əlaqədar olan cari qanunvericilik və müasir məhkəmə təcrübəsi, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun aidiyyatlı qərarları tədqiq edilir.

(Azerbaijan) Gənc tədqiqatçımızın “Securing human rights during armed conflicts” adlı məqaləsi nəşr olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Beynəlxalq hüquq"şöbəsinin əməkdaşı Günel Abdıyevanın "Juridical Sciences and education"( Юридические Науки И Образование) jurnalında "Securing human rights during armed conflicts" adlı məqaləsi nəşr olunub. Bu məqalədə silahlı münaqişələr zamanı şəxslərin müdafiəsini təmin edən beynəlxalq insan hüquqları hüququ və beynəlxalq hümanitar hüquq sahələrinin anlayışları verilmiş, onların qarşılıqlı təhlilləri aparılaraq oxşar və fərqli cəhətləri qeyd olunmuşdur. Həmçinin, məqalədə Avropa İnsan Hüquqları Məhkəməsinin silahlı qarşıdurmalar zamanı insan hüquqlarının pozulması ilə bağlı təcrübi mövqeyi araşdırılmış və məhkəmənin baxdığı bəzi işlər təhlil edilmişdir. Məqalənin nəticə hissəsində isə silahlı qarşıdurmalar zamanı insan hüquqlarının pozulması hallarının azaldılması üçün dövlətlərin və beynəlxalq təşkilatların görməli olduğu işlər barəsində təkliflər verilmişdir.

Çin dünyaya təkcə virusla zərər verməyib

AMEA Hüquq və İnsan Haqları İnstitutunun "Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquqlar" şöbəsinin böyük elmi işçisi, YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Müəllimlər Forumunun və Dünya Tibbi Hüquq Assosiyasının üzvü Aidə Bəndəliyeva bildirir: “Hazırda dünya mətbuatı COVİD-19 virusunun Çinin Uhan şəhərində, laboratoriyada virusların saxlandığı buzxananın qapısının sınıq olması nəticəsində, məhz həmin laboratoriyadan yayılması və bir çox kəşfiyyat orqanlarının bunun Çində hazırlandığı, yayılma gerçəkliyini araşdırması və s. bu səpkidə yazılar yazmaqdadır. Lakin, vacib bir məqamı da qeyd etmək istərdim ki, indiyənə qədər dünya mətbuatında Çinin uzun illərdir istehsal etdiyi saysız hesabsız keyfiyyətsiz məhsullarının insanların sağlamlığına necə zərərli təsirlər vurması barədə silsilə ciddi yazılar sərgilənmədi. ÜST da daxil olmaqla mütəxəssislər məhz bu məhsulların insanlara müxtəlif xəstəliklər və zərərlər gətirməsi haqqında ciddi araşdırmalar aparıb, onlara qarşı zamanında mübarizə aparıb, beynəlxalq miqyaslı təpki vermədikləri üçün, bu məsuliyyətsizlik həddini aşdı.

(Azerbaijan) Gənc alimimizin yeni məqaləsi dərc olundu

AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Hüquq sahələrinin müqayisəli təhlili” şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Aslanovun “Elmi – texniki tərəqqi və dövlətdaxili hüquq” mövzusunda yazdığı məqaləsi “Qanun” elmi hüquq jurnalının №3(305) 2020-ci il buraxılışında çap olunub. Bu məqalə elmi-texniki tərəqqi və dövlətdaxili hüququn qarşılıqlı əlaqəsi ilə bağlı məsələlərə həsr olunmuşdur. Müəllif göstərir ki, elmi-texniki tərəqqi yaradıcılıq azadlığı, fikir və söz azadlığı, təhsil hüququ, şəxsi həyat sirrinin qorunması hüququ, yaşamaq hüququ, sağlamlıq hüququ kimi fundamental subyektiv hüquqlar və onların həyata keçirilməsi şərtləri və təminatları ilə sıx surətdə bağlıdır. Həmçinin elmi-texniki tərəqqi prosesinin konstitusion təsbiti zəruri hesab edilir.

“İnsan alverinə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi və cəza təyini məsələləri”

İnstitutun “Cinayət hüququ və cinayət prossesi şöbəsinin” böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Hüseynovanın “İnsan alverinə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi və cəza təyini məsələləri” başlıqlı məqaləsi “Qanun”elmi hüquq jurnalının №3(305) aprel 2020-ci il tarixli buraxılışında dərc olunub. Məqalədə insan alveri və onunla bağlı kiriminal əməllərə görə məsuliyyət müəyyən edən cinayət hüquq normaları təhlil edilmiş, qanunvericilik sisteminin formalaşması tarixinə baxış keçirilmişdir. Tədqiqat işində insan alverinə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi və cəza təyini məsələlərinə önəm verilmişdir. Azərbaycan Respublikasının qəbul etdiyi ilk Cinayət Məcəlləsindən başlayaraq, hazırda qüvvədə olan qanunvericilik sistemindəki insan alveri ilə bağlı normalar, mahiyyət etibarı ilə yaxın olan – insan alverini müşaiyyət edə biləcək cinayət tərkibləri şərh edilmiş, hazırkı Cinayət Məcəlləsində təkmil olan insan alveri normasının hipotezası,dispoziyası və sanksiyası barədə müfəssəl təhlil aparılmışdır.

Пандемия COVID-19: что еще скрывают СМИ от нас?

АББАС ИСЛАМОВ эпидемиолог, кандидат биологических наук, научный сотрудник Института права и прав человека Национальной Академии Наук Азербайджана В глобальном информационном потопе, накрывшем планету в условиях пандемии COVID-19, практически непрерывно распространяются сведения о том, что последствия от заражения коронавирусом могут быть особенно тяжёлыми (до летального исхода) для тех, кто находится в так называемой группе риска. При этом объясняется, что в эту группу входят прежде всего пожилые люди (старше 60 лет), нарко- и алко-зависимые люди, больные диабетом, гипертонией, сердечно-сосудистыми заболеваниями и т.д. – т.е. все, у кого по естественным (возрастным) причинам или в связи с различными заболеваниями ослаблен иммунитет.

Публикации

Интервью