Rewardings

Professor Rövşən Mustafayev adına Beynəlxalq Fondun
və AMEA Hüquq və İnsan Haqları İnstitutunun
“Prof.Rövşən Mustafayev” medalı və sertifikatı ilə təltif olunmuş şəxslər

19.01.2022

“Tibb Hüququ sahəsinə verdiyi töhvələrə görə” Professor Aytən Mustafazadə təltif edilib

İNJURİA hüquq jurnalının təşkilatçılığı ilə Bakıda Beynəlxalq Qadın və Qızların elmdə iştirak günü münasibətilə Azərbaycanda Qadın Hüquqşünasların ilk Forumu keçirilib. Forumun keçirilməsinin əsas məqsədi  ölkəmizdə gender bərabərliyinə nail olmaq, məişət zorakılığının qarşısını almaq, hüquqi yardıma çıxışı məhdud olan qadınlara təmənnasız hüquqi yardımın göstərilməsi olub.
Bu forum çərçivəsində AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə “Tibb Hüququ sahəsinə verdiyi töhvələrə görə”  İNJURİA hüquq jurnalının baş redaktoru Kəmalə xanım Məmmədova tərəfindən Təltifnamə ilə təltif edilib.

15.12.2021

Evqeniy Mixayılov - Millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələlərinə dair  ekspert, Rusiya jurnalistlər birliyinin üzvü, politoloq

AMEA Hüquq və İnsan Haqları İnstitutu və Professor Rövşən Mustafayev adına Fondun təsis etdiyi “Prof. R.Mustafayev” adına medal və sertifikat  bu il Millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələlərinə dair  ekspert, Rusiya jurnalistlər birliyinin üzvü, politoloq  Evqeniy Mixayılova təqdim olunub.

Qeyd edək ki, “Prof. R. Mustafayev” adına medal və sertifikat ildə bir dəfə olmaqla, erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz elmi faktların tapılmasında fəal, səmərəli fəaliyyəti ilə seçilən alimlərə, tədqiqatçılara təqdim olunur.

28.12.2018

Aytən Mustafazadə “Parlament” medalı ilə təltif edildi

Azərbaycan Respublikası Parlamentinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli 224-V saylı Sərəncamı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı ilə təltif edilmişdir.

21.12.2018

Ramin Qurbanov - Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq Hüquq” şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru

Bir sıra ölkələrin elmi-tədqiqat mərkəzlərində hüququn müxtəlif sahələrinə dair elmi araşdırmalarına, Azərbaycan Respublikasının məhkəmə sistemi üçün “Elektron məhkəmə” və “Elektron icra” kimi əhəmiyyətli sistemlərin yaradılmasına, Avropa Şurasının alimləri ilə birgə hazırlanan hüququn müxtəlif sahələri üzrə bir sıra elmi nəşrlərə, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etməsinə və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti seçilməsinə, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı münasibətlərə öz tarixi töhfəsini verməsinə və bu sahədə əldə etdiyi nailiyyətlərə görə .

21.12.2018

Şəlalə Həsənova - tədqiqatçı-jurnalist

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılmasında, Qafqaz regionuna gəlmə olan ermənilərin burada hər şeyi saxtalaşdırmağa, qədimləşdirməyə və özününküləşdirməyə çalışmaları istiqamətində cinayətkar fəaliyyətlərinin ifşa edilməsində, cinayətkar erməni obrazının açılmasında, Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktının təkzibolunmaz materiallarla sübuta yetirilməsindəgöstərdiyi xidmətlərə, beynəlxalq terrorizmin ayrılmaz hissəsini təşkil edən və yüz ildən artıq müddətdə mövcud olan erməni terrorizmi və ermənilər tərəfindən törədilən soyqırımlarla bağlı sənədli filmlərinə və bu sahədə əldə etdiyi nailiyyətlərə görə .

23.05.2018

Aytən Mustafazadə Milli Məclisinin Fəxri Medalı ilə təltif edildi

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı xanım Aytən Mustafazadə Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov tərəfindən “Azərbaycan Respublikası Milli Məclisinin Fəxri Medalı” ilə təltif edilmişdir. Bu münasibətlə qayğıkeş direktorumuzu səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını, xoşbəxt anların bolluğunu arzu edirik.
Onu da qeyd edək ki, bu gün Aytən xanımın doğum günüdür və onun 50 yaşı tamam olur.

19.10.2017

Esmira Orucova – “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təsisçisi və sədri, tədqiqatçı, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni terrorçuları tərəfindən əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkinlərin taleyinə aydınlıq gətirilməsi istiqamətində apardığı tədqiqatlara və əsir-girovlara qarşı tətbiq edilmiş qeyri-insani işgəncə faktlarının dünya ictimaiyyətinə çatdırılması üçün təşkil etdiyi tədbirlərə, həmçinin öz əzəli torpaqlarından qovulmuş qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində apardığı işlərə görə.

09.02.2017

Oleq Kuznetsov - tarixçi, politoloq, tərcüməçi, qafqazşünas, pedoqoq, publisist və ixtiraçı.

Qafqaz regionuna gəlmə olan ermənilərin tarixi abidələri, sənədləri və xəritələri saxtalaşdırmaq və mənimsəmək üzrə cinayətkar fəaliyyətinin ifşa edilməsi istiqamətindəki elmi tədqiqatlarına, beynəlxalq terrorizmin ayrılmaz hissəsi olan erməni terrorizminin nümayəndələri tərəfindən törədilmiş azərbaycanlıların soyqırımının araşdırılmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün mahiyyətinin dünya birliyinə çatdırılması, həmçinin erməniliyin cinayətləri haqqında milli yaddaşın formalaşdırılması sahəsindəki xidmətlərinə görə təltif olunur.

Learn the solution of the Rubik's Cube and measure your solution times with the online timer.

24. 12.2015

Abbas İslamov- Biologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı alim, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı.

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılmasında, cinayətkar erməni obrazının açılmasında, beynəlxalq terrorizmin ayrılmaz hissəsini təşkil edən və yüz ildən artıq müddətdə mövcud olan erməni terrorizmi və ermənilər tərəfindən törədilən soyqırımlarla bağlı elmi araşdırmalarında, Qafqaz regionuna gəlmə olan ermənilərin burada hər şeyi saxtalaşdırmağa, qədimləşdirməyə və özününküləşdirməyə çalışmaları istiqamətində cinayətkar fəaliyyətlərinin ifşa edilməsində, Ermənistanın terrorizmi və etnik separatizmi dəstəkləyən dövlət olmasının tutarlı faktlarla sübuta yetirilməsində, beynəlxalq hüququn müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğul olan Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktının təkzibolunmaz materiallarla sübuta yetirilməsində göstərdiyi xidmətlərə və bu sahədə əldə etdiyi nailiyyətlərə görə.

24. 12.2015

Rizvan Hüseynov- Qafqaz tarixi Mərkəzinin Direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı.

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılmasında, cinayətkar erməni obrazının açılmasında, beynəlxalq terrorizmin ayrılmaz hissəsini təşkil edən və yüz ildən artıq müddətdə mövcud olan erməni terrorizmi və ermənilər tərəfindən törədilən soyqırımlarla bağlı elmi araşdırmalarında, Qafqaz regionuna gəlmə olan ermənilərin burada hər şeyi saxtalaşdırmağa, qədimləşdirməyə və özününküləşdirməyə çalışmaları istiqamətində cinayətkar fəaliyyətlərinin ifşa edilməsində, Ermənistanın terrorizmi və etnik separatizmi dəstəkləyən dövlət olmasının tutarlı faktlarla sübuta yetirilməsində, beynəlxalq hüququn müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğul olan Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktının təkzibolunmaz materiallarla sübuta yetirilməsində göstərdiyi xidmətlərə və bu sahədə əldə etdiyi nailiyyətlərə görə.

10.12.2014

 

Mehriban xanım Əliyeva – Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfəsini verən Heydər Əliyev fondu tərəfindən milli dövlətçilik idealarının yeni nəsillərə çatdırılmasında, ölkəmizin dünya miqyasında daha geniş təbliğ olunmasında, qədim və zəngin mədəniyyətə malik xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və təbliğində, təhsil, səviyyə və ekologiya sahəsində həyata keçirilən layihələrdə əldə olunan uğurlara, tolerantlıq və mültikulturalizm mühitinin formalaşmasında göstərdiyi müstəsna xidmətlərə, eləcə də Heydər Əliyev Fondunun 10 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə görə

10.12.2014

Leyla Əliyeva -Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri, eyni zamanda Baku jurnalının təsisçisi və baş redaktoru.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyini düzgün şəkildə çatdırılmasına, beynəlxalq erməni terrorunun törətdiyi cinayətlər haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılmasında, beynəlxalq aləmdə Xocalı soyqırımının siyasi, mənəvi hüquqi müstəvisində tanınmasına nail olma məqsədilə başladığı «Xocalıya ədalət!» Beynə lxalq Məlumatlandırma və Təbliğat Kompaniyası çərçivəsində Azərbaycan təriqətlərinin təbliğində müstəsna xidmətlərinə və kampaniyanın 5 illik fəaliyyət dövründə əldə etdiyi nailiyyətlərə görə.

Publications