(Azerbaijan) C.Süleymanovun və Ş.Həsənovanın həmmüəllifliyi ilə “Süni intellekt və mühakimə icraatı: problemlər və tendensiyalar” adlı məqalə dərc olunub

(Azerbaijan) AMEA Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri h.ü.e.d., professor Cavanşir Süleymanovun və aparıcı elmi işçi, h.ü.f.d., dosent Şəlalə Şakir qızı Həsənovanın birgə həmmüəllifliyi ilə “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı buraxılışında “Süni intellekt və mühakimə icraatı: problemlər və tendensiyalar” başlıqlı məqaləsi dərc olunub.

(Azerbaijan) Sevinc Hüseynovanın “Milli cinayət qanunvericiliyində ekoloji cinayətlər: inkişaf tarixi və müasir vəziyyəti” adlı məqaləsi dərc olunub

(Azerbaijan) İnstitutumuzun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Usub qızı Hüseynovanın “Hüquqi elmlər və təhsil” (Юридические науки и образование) jurnalının 2022-ci il, 66-cı sayında (s.51-62), “Milli cinayət qanunvericiliyində ekoloji cinayətlər: inkişaf tarixi və müasir vəziyyəti” adlı məqaləsi dərc olunub.

(Azerbaijan) İnstitutumuzun böyük elmi işçisi Səbinə Sadıx qızı Əsədovanın “Qeyri-maddi aktivlər rəqəmsal iqtisadiyyat şəraitində yeni sərmayə imkanları kimi” başlıqlı məqaləsi dərc olunub

(Azerbaijan) AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Mülki hüquq, mülki proses və sosial hüquqular” şöbəsinin böyük elmi işçisi Səbinə Sadıx qızı Əsədovanın  “İqtisadi Artım və İctimai Rifah” jurnalında  “Qeyri-maddi aktivlər rəqəmsal iqtisadiyyat şəraitində yeni sərmayə imkanları kimi” adlı məqaləsi dərc olunub.

(Azerbaijan) Şəlalə Həsənovanın Müəlliflik hüquqlarına və ya əlaqəli hüquqlara, qəsdlərə görə cinayət-hüquqi məsuliyyət məsələləri başlıqlı məqaləsi dərc olunub

(Azerbaijan) Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Şakir qızı Həsənovanın Qanun jurnalının bu sayında “Müəlliflik hüquqlarına və ya əlaqəli hüquqlara, qəsdlərə görə cinayət-hüquqi məsuliyyət məsələləri” başlıqlı məqaləsi işıq üzü görüb.

(Azerbaijan) “Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir”

(Azerbaijan) AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyevanın “Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir” başlıqlı elmi-publisistik məqaləsi xalqxeber.az saytında yayımlanıb. Məqalədə deyilir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a verdiyi müsahibəsində qeyd etmişdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etdi, ancaq erməni faşizmi məhv edilməyib.

(Azerbaijan) Əməkdaşımızın beynəlxalq ekspertlər ilə birlikdə həmmüəllif olduğu monoqrafiyası işıq üzü gördü

(Azerbaijan) Azərbaycan Respublikasının müasir şəraitdə dövlət siyasətinin əsas istiqamətlərindən biri kölgə iqtisadiyyatı ilə mübarizədə uğurlu nəticələrə nail olunmasıdır. Dövlətimiz tərəfindən bu sahədə kompleks xarakterli və institusional tədbirlər həyata keçirilir. İnstitumuzun elmi tədqiqat fəaliyyətində bəhs edilən mövzunun kifayət qədər aktual olduğu diqqətdə saxlanılır.

An article by our scientist “The essence and features of scientific and technological progress” has been published

The article "The essence and features of scientific and technological progress" of head of the department for comparative analysis of legal spheres of the Institute of Law and Human Rights of ANAS, Doctor of Philosophy, Associate Professor Zamig Aslanov was published in the special issue of the journal "History and Its Problems", (2020, special issue, p.187 192), dedicated to the victory of Azerbaijan in the Karabakh war.

(Azerbaijan) Əməkdaşımızın “İnsan alveri cinayət tərkibinin subyektiv əlamətləri” adlı məqaləsi dərc olunub

(Azerbaijan) Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Usub qızı Hüseynovanın "İnsan alveri cinayət tərkibinin subyektiv əlamətləri" adlı məqaləsi "Hüquqi müstəvi" elmi-nəzəri, təcrübi jurnalında (Bakı, 2021, № 1, s.198-204) dərc edilib.

(Azerbaijan) Aytən Mustafazadə Rusiya Xarici İşlər Nazirliyinə müraciət etdi: “Qarabağın statusu məsələsi artıq müzakirə edilmir”

(Azerbaijan) Rusiya Xarici İşlər Naziri Sergey Lavrov 18 yanvarda keçirdiyi böyük bir mətbuat konfransında, döyüş əməliyyatları bitdikdən sonra Dağlıq Qarabağdakı vəziyyətin son tənzimlənməsi mövzusuna toxundu. Rus nazir, xüsusən Qarabağın statusuna toxunaraq, bu məsələnin münaqişə tərəfləri tərəfindən qəsdən təxirə salındığını və həmsədrlərinin, yaxın vaxtlarda bölgəyə səfər edəcəkləri ATƏT-in Minsk qrupu ilə birlikdə həll ediləcəyini qeyd etdi. Lavrov, həmçinin qeyd etdi ki, Dağlıq Qarabağın Ermənistandan ayrılması məsələsi heç vaxt danışıqlar prosesinin gündəmində olmayıb.

Publications