Son xəbərlər

Hüquq tədqiqatçımız respublika elmi konfransında məruzə ilə çıxış edib

Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı İlham Malik oğlu Əliyev AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Naxçıvan Muxtar Respublikası – 100 il: uğurlar və perspektivlər” mövzusunda keçirdiyi respublika elmi konfransında məruzə ilə çıxış edib.

Hüquq və İnsan Haqları İnstitutunda “Uşaqyönümlü hüquqi yardım” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) və UNICEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə yanvarın 30-da “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda birgünlük təlim keçirilib.

İnstitutda “Akademik hüquqi yazı” adlı təlim keçirilib

Cari il yanvar ayının 13-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) və Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Akademik hüquqi yazı” adlı növbəti təlim keçirilib.