Təltif

 

Professor Rövşən Mustafayev adına Beynəlxalq Fondun və AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Prof.Rövşən Mustafayev” medalı və sertifikatı ilə təltif olunmuş şəxslər

 

10.12.2014

Mehriban xanım Əliyeva – Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfəsini verən Heydər Əliyev fondu tərəfindən milli dövlətçilik idealarının yeni nəsillərə çatdırılmasında, ölkəmizin dünya miqyasında daha geniş təbliğ olunmasında, qədim və zəngin mədəniyyətə malik xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və təbliğində, təhsil, səviyyə və ekologiya sahəsində həyata keçirilən layihələrdə əldə olunan uğurlara, tolerantlıq və mültikulturalizm mühitinin formalaşmasında göstərdiyi müstəsna xidmətlərə, eləcə də Heydər Əliyev Fondunun 10 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə görə

 

 

 

10.12.2014

Leyla Aliyeva -Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri, eyni zamanda Baku jurnalının təsisçisi və baş redaktoru.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyini düzgün şəkildə çatdırılmasına, beynəlxalq erməni terrorunun törətdiyi cinayətlər haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılmasında, beynəlxalq aləmdə Xocalı soyqırımının siyasi, mənəvi hüquqi müstəvisində tanınmasına nail olma məqsədilə başladığı «Xocalıya ədalət!» Beynə lxalq Məlumatlandırma və Təbliğat Kompaniyası çərçivəsində Azərbaycan təriqətlərinin təbliğində müstəsna xidmətlərinə və kampaniyanın 5 illik fəaliyyət dövründə əldə etdiyi nailiyyətlərə görə.

 

24. 12.2015

Abbas İslamov- Biologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı alim, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı.

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılmasında, cinayətkar erməni obrazının açılmasında, beynəlxalq terrorizmin ayrılmaz hissəsini təşkil edən və yüz ildən artıq müddətdə mövcud olan erməni terrorizmi və ermənilər tərəfindən törədilən soyqırımlarla bağlı elmi araşdırmalarında, Qafqaz regionuna gəlmə olan ermənilərin burada hər şeyi saxtalaşdırmağa, qədimləşdirməyə və özününküləşdirməyə çalışmaları istiqamətində cinayətkar fəaliyyətlərinin ifşa edilməsində, Ermənistanın terrorizmi və etnik separatizmi dəstəkləyən dövlət olmasının tutarlı faktlarla sübuta yetirilməsində, beynəlxalq hüququn müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğul olan Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktının təkzibolunmaz materiallarla sübuta yetirilməsində göstərdiyi xidmətlərə və bu sahədə əldə etdiyi nailiyyətlərə görə.

 

 

 

24.12.2015

Rizvan Hüseynov- Qafqaz tarixi Mərkəzinin Direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı.

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılmasında, cinayətkar erməni obrazının açılmasında, beynəlxalq terrorizmin ayrılmaz hissəsini təşkil edən və yüz ildən artıq müddətdə mövcud olan erməni terrorizmi və ermənilər tərəfindən törədilən soyqırımlarla bağlı elmi araşdırmalarında, Qafqaz regionuna gəlmə olan ermənilərin burada hər şeyi saxtalaşdırmağa, qədimləşdirməyə və özününküləşdirməyə çalışmaları istiqamətində cinayətkar fəaliyyətlərinin ifşa edilməsində, Ermənistanın terrorizmi və etnik separatizmi dəstəkləyən dövlət olmasının tutarlı faktlarla sübuta yetirilməsində, beynəlxalq hüququn müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğul olan Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktının təkzibolunmaz materiallarla sübuta yetirilməsində göstərdiyi xidmətlərə və bu sahədə əldə etdiyi nailiyyətlərə görə.

 

 

09.02.2017

Oleq Kuznetsov - tarixçi, politoloq, tərcüməçi, qafqazşünas, pedoqoq, publisist və ixtiraçı.

Qafqaz regionuna gəlmə olan ermənilərin tarixi abidələri, sənədləri və xəritələri saxtalaşdırmaq və mənimsəmək üzrə cinayətkar fəaliyyətinin ifşa edilməsi istiqamətindəki elmi tədqiqatlarına, beynəlxalq terrorizmin ayrılmaz hissəsi olan erməni terrorizminin nümayəndələri tərəfindən törədilmiş azərbaycanlıların soyqırımının araşdırılmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün mahiyyətinin dünya birliyinə çatdırılması, həmçinin erməniliyin cinayətləri haqqında milli yaddaşın formalaşdırılması sahəsindəki xidmətlərinə görə təltif olunur.